Azərbaycanın valyuta ehtiyatları 7,3 faiz artıb
Kateqoriya məlum deyil
Azərbaycanın strateji valyuta ehtiyatlarının həcmi 2026-cı ilin oktyabrın 31-də 88 milyard 551 milyon dollar olub.
Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, bu göstərici ötən ilin eyni tarixi ilə müqayisədə 7,3% böyükdür.
Amma sentyabrın 1-i ilə müqayisədə ehtiyatların həcmi 2,44 faiz azdır. İki ay əvvəl Azərbaycan 90,77 milyard dollar ehtiyatlara sahib idi.
Vasif
Açar sözlər:






