Fransızlar elektrikli traktor istehsalına başlayacaq

Fransızlar elektrikli traktor istehsalına başlayacaq
Kateqoriya məlum deyil
T

Fransız şirkəti elektrikli traktorların seriyalı istehsalına hazırlaşır.

Sfera.az "Bloomberg"ə istinadən xəbər verir ki, "Seederal" adlı Fransa startapı tərəfindən hazırlanan elektrikli traktorlar artıq təcrübə mərhələsindən çıxıb və dizel mühərrikli maşınlara ciddi rəqib olmağa başlayıb.

Şirkət öz istehsalı olan elektrikli traktorun sınaqlarını davam etdirir və 2028-ci ildə seriyalı istehsala keçərək onları fermerlərə təslim etməyi planlaşdırır.

Mütəxəssislər son dörd il ərzində bu texnika üzərində 600 saatdan çox sınaq keçiriblər və traktorun son versiyasını hazırlayarkən 100-dən çox fermerin rəyini nəzərə alıblar. 160 at gücünə malik olan bu traktor iş şəraitindən asılı olaraq bir dəfə doldurulmaqla 6 saatdan 12 saata qədər işləyə bilir. Həmçinin onun tam dolu qoşqu ilə 300 kilometrə qədər məsafəsi qət edə bildiyi qeyd olunur.

Traktordakı akkumulyator standart enerji cihazı ilə 8-10 saata tam dolur, sürətli şarj sistemindən istifadə etdikdə isə bu müddət təxminən 2 saata qədər azalır. Zaman-zaman gündəmə gələn bu növ elektrikli traktor layihələri, hazırda Avropa və ABŞ-ın kənd təsərrüfatı gündəmində daha geniş yer tutur.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR