Pulunu yuanda saxlayanlar qazanır - Çin valyutası daha da bahalaşdı

Pulunu yuanda saxlayanlar qazanır - Çin valyutası daha da bahalaşdı
Kateqoriya məlum deyil
T

Çinin milli valyutası olan yuan bazar ertəsi günü dollara qarşı bir qədər də bahalaşaraq son 3-4 ilin ən yüksək səviyyəsinə çatıb. Mərkəzi Bank Çin və ABŞ liderləri arasında bu həftə keçiriləcək görüşdən əvvəl valyutanın bahalaşmasını məhdudlaşdırmaq siyasətini yumşaldıb.

Sfera.az xəbər verir ki, ABŞ-nin maliyyə naziri Skott Bessent və Çin Baş nazirinin müavini He Lifenq bazar günü Nyu-Yorkda görüşlərini başa vuraraq ABŞ Prezidenti Donald Tramp və Çin Prezidenti Si Cinpin arasında cümə axşamı keçirilməsi planlaşdırılan sammit üçün məsələləri müzakirə ediblər.

Tərəflərin sammitdə süni intellekt, ticarət münasibətləri, təchizat zəncirləri və Yaxın Şərqdəki gərginlik də daxil olmaqla bir sıra məsələlərin müzakirə edəcəyi gözlənilir. Lakin analitiklər danışıqlardan ciddi siyasət dəyişikliyi gözləmirlər.

Yuan erkən ticarətdə dollara qarşı 6,6957-yə yüksəldi ki, bu da 16 yanvar 2023-cü ildən bəri ən yüksək səviyyədir.

Xatırladaq ki, yuan son 20 ildə mərhələli şəkildə ABŞ dollarına nəzərən bahalaşır. 2005-ci ildə bir dollar 8,28 yuan idi. Məzənnə 2010-cu ildə 6,84-ə, 2014-cü ildə 6,04-ə, gerilədi. Daha sonra yuan bir qədər ucuzlaşaraq 2024-cü ilin sonunda 7,3-ə qədər artdı. Son ilyarımda isə yuan davamlı bahalaşır və mövcud məzənnə 6,7 səviyyəsindədir.

Qeyd edək ki, yuanın bahalaşması ABŞ-nin ticarət müharibəsinə son qoymaq üçün irəli sürdüyü tələblərdən biridir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR