Qeyri-neft sektorunun ÜDM-dəki payı 70 faizi keçib - RƏQƏMLƏR

Qeyri-neft sektorunun ÜDM-dəki payı 70 faizi keçib - RƏQƏMLƏR
Kateqoriya məlum deyil
T

Qeyri-neft-qaz sektorunun ümumi daxili məhsul (ÜDM) istehsalında payı 70 faizi ötüb.

Sfera.az xəbər verir ki, 2026-cı ilin yanvar-avqust ayları ərzində 87,71 milyard manat dəyərində ÜDM istehsal edilib.

ÜDM-nin 61,5 milyard manatı və ya 70,1 faizi qeyri-neft-qaz sektorunda istehsal edilib. ÜDM-nin neft-qaz sektoruna düşən hissəsi isə 26,18 milyard manat olub.

Ötən ilin eyni dövrü ilə müqayisədə ÜDM istehsalı 82,8 milyard manat olmuşdu. 2025-ci ilin yanvar-avqust aylarındə ÜDM-nin 57,5 milyard manatı (69,4 faiz) qeyri-neft-qaz sektorunda, qalanı neft-qaz sektorunda istehsal edilib.

Bu il neft və qazın dəyərinin artmasına baxmayaraq nominal ÜDM-də qeyri-neft-qaz sektoru daha böyük artım göstəricisinə nail ola bilib. Buna görə də sektorun ÜDM-dəki payı artıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR