"Bank Respublika"nın səhmdarlarının yığıncağı keçiriləcək

"Bank Respublika"nın səhmdarlarının yığıncağı keçiriləcək
Kateqoriya məlum deyil
T

Oktyabrın 19-da, saat 10:00-da "Bank Respublika" ASC-nin səhmdarlarının növbədənkənar ümumi yığıncağı keçiriləcək.

Sfera.az xəbər verir ki, yığıncaq bankın Bakı şəhəri, Xəqani küçəsi, 21 ünvanında yerləşən baş ofisində olacaq.

Yığıncağın gündəliyinə bundan əvvəl keçirilmiş yığıncaqda bəzi məsələlər üzrə qəbul edilmiş qərarlara yenidən baxılması və həmin məsələlər üzrə müvafiq qərarların qəbul edilməsi, Bankın Müşahidə Şurasının tərkibinin nəzərdən keçirilməsi, Nizamnaməsinə əlavə və dəyişikliklərin təsdiq edilməsi, aidiyyəti şəxslərlə bağlanılması nəzərdə tutulan müqavilə(lər)in təsdiq olunması, Mükafatlandırma Siyasətinin təsdiqlənməsi və digər məsələlər daxildir.

"Bank Respublika" 1992-ci ildə yaradılıb. Onun nizamnamə kapitalı 200,752 milyon manatdır. Bankın səhmlərinin 63,32 %-i Natiq Quliyevə, 18,46 %-i Elçin Quliyevə, 8,47 %-i Namiq Quliyevə, 5,45 %-i Şakir Rəhimova, 4,22 %-i SIDT-yə, 0,08 %-i isə digər şəxslərə məxsusdur.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR