FED faizi qaldırdı, Tramp Avropaya hücum etdi

FED faizi qaldırdı, Tramp Avropaya hücum etdi
Kateqoriya məlum deyil
T

Vaşinqton administrasiyası ABŞ-ın ticarət kəsiri olan Avropa ölkələri ilə ticarətdən imtina edə bilər.

Sfera.az xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp Şimali Karolinada çıxışı zamanı deyib:

"Biz Avropa ölkələrini 200 milyard dollarlıq ticarət kəsiri ilə özümüzlə çəkirik. Etməli olduğumuz tək şey 'Bilirsiniz nə var, artıq sizinlə ticarət etmirik' deməkdir. Onların sahib olduğu heç nəyə ehtiyacımız yoxdur. Bizim maşınlarımız, taxta-şalbanımız, yeməyimiz, hər şeyimiz var”.

Qeyd edək ki, bundan əvvəl Tramp Federal Ehtiyat Sistemi (mərkəzi bank) əsas faiz dərəcəsini aşağı salmasa, ABŞ-ın ticarət kəsiri olan ölkələrlə ticarəti dayandıracağını bəyan etmişdi./musavat

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR