Mərkəzi Bankın ehtiyatları kəskin artdı - 12 illik rekord yeniləndi

2026-cı ilin avqustunda Azərbaycan Mərkəzi Bankının (AMB) valyuta ehtiyatlarının həcmində kəskin artım və yeni rekord qeydə alınıb.
Sfera.az AMB-yə istinadən xəbər verir ki, bir ay ərzində ehtiyatların həcmi 1,533 milyard dollar artaraq 15,301 milyard dollara çatıb.
Bununla da AMB-nin ehtiyatlarında ən yüksək göstərici qeydə alınıb.
Xatırladaq ki, AMB-nin ən böyük valyuta ehtiyatları 2014-cü ilin iyunun sonunda qeydə alınmışdı. Həmin tarixdə AMB 15,193 milyard dollar ehtiyata sahib idi.
2026-cı il ərzində isə AMB-nin ehtiyatlarında 3,786 milyard dollar və ya 33 faizə yaxın artım qeydə alınıb.
Qeyd edək ki, valyuta ehtiyatlarının həcminin kəskin şəkildə artması ölkəmizdə valyuta bolluğunun yaranması ilə bağldır. Hazırda dollar satışı dollar alışından çox olduğundan AMB bazara müdaxilə edərək əlavə dollar vəsaitlərini alr. Əgər AMB bazara müdaxilə etməsə o halda dollar ucuzlaşmalıdır. AMB məzənnənin sabit qalması üçün bazarda satılmayan əlavə dollarları alır və bu, valyuta ehtiyatlarını yüksəlir.
Vasif






