Kənd təsərrüfatında lider ölkələr: Türkiyə və Azərbaycanın yeri

Kənd təsərrüfatında lider ölkələr: Türkiyə və Azərbaycanın yeri
Kateqoriya məlum deyil
T

Türkiyə dünyada ən çox kənd təsərrüfatı məhsulu istehsal edən 10 ölkədən biridir.

Sfera.az beynəlxalq təşkilatların məlumatlarına istinadən xəbər verir ki, 2025-ci ilin yekunlarına əsasən, Türkiyədə aqrar məhsulların istehsal dəyəri 83,2 milyard dollar olub.

Türkiyə bu göstəriciyə görə, kənd təsərrüfatı mallarının istehsalında yeddinci ən böyük ölkə ünvanına yiyələnib.

İstehsal dəyərinə görə, ilk sırada Çin dayanır.

Çində bir ildə 1,3 trilyon dollar dəyərində məhsul istehsal edilib. Bu ölkə düyü, buğda, qarğıdalı, donuz əti, pambıq və tərəvəz istehsalında fərqlənir.

İkinci sırada Hindistan qərarlaşıb. Hindistanda istehsalın dəyəri 573 milyard dollardır. Hindistan süd, paxlalı və düyü istehsalında lider ölkələrdəndir.

Üçüncü yerdə ABŞ gəlir. ABŞ-nin istehsal dəyəri 451 milyard dollar olub. Amerikalılar qarğıdalı, soya məhsulları, mal əti və pambıq istehsalında öncüllərdəndir.

Sıralamada dördüncü yerdə Braziliya (219 milyard dollar), beşinci yerdə İran (138 milyard dollar) var.

Braziliya soya, şəkər qamışı, qəhvə, mal əti, İran isə meyvə, buğda, tərəvəz, qoz istehsalı ilə tanınır.

İlk onluqda Türkiyədən başqa 138 milyard dollarla İndoneziya (palma yağı, düyü, qəhvə, tropik məhsullar), 85 milyard dollarla Rusiya (buğda, dənli bitkilər, şəkər çuğunduru), 78 milyard dollarla Fransa (taxıl və süd), 72 milyard dollarla Meksika (avokado, pomidor, sitrus meyvələri) də var.

Müqayisə üçün bildirək ki, Azərbaycan ötən il 8,35 milyard dollar dəyərində kənd təsərrüfatı məhsulları istehsal edib.

İstehsal dəyərinə görə, ölkəmiz dünyada 64-67-ci yerləri bölüşdürür. Azərbaycan tərəvəz, meyvə, pambıq istehsalı üzrə ixtisaslaşıb.

İxracımızda da bu məhsullar liderlik təşkil edir. İstehsalımızda heyvandarlıq məhsullarının payı bitkiçilik məhsullarından çox olsa da, ixracda vəziyyət fərqlidir. Ümumi ixracda heyvandarlıq məhsullarının payı 5 faizə çatmır. Heyvandarlıq məhsulları daha çox daxili bazarın ehtiyaclarını ödəmək üçün istifadə edilir.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR