Logo

Neftin qiyməti 95 dolları keçdi

Neftin qiyməti 95 dolları keçdi
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ və İran arasında qarşılıqlı zərbələrdən sonra Yaxın Şərqdə gərginliyin artması neft tədarükü ilə bağlı narahatlıqları gücləndirib.

Sfera.az xəbər verir ki, bunun fonunda neftin qiyməti sentyabrın 2-də səhər saatlarında əvvəlki sessiyadakı kəskin artımını davam etdirib.

“Brent” markalı neftin fyuçersləri 75 sent və ya 0,8 faiz bahalaşaraq bir barel üçün 95,40 dollara çatıb. ABŞ-nin Qərbi Texas nefti (WTI) isə 44 sent və ya 0,5 faiz artaraq 90,66 dollar olub.

Hər iki neft müqaviləsi çərşənbə axşamı 4 dollardan çox bahalaşıb. Bu, “Brent” üçün iyulun 24-dən, WTI üçün isə iyulun 23-dən bəri ən böyük gündəlik artım olub.

İnci

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR