Tramp: Neftin qiyməti buna görə artmır

ABŞ Prezidenti Donald Tramp Hörmüz boğazından gündə orta hesabla 30 neft tankerinin keçdiyini bildirərək, boğazdakı vəziyyətin “çox yaxşı” olduğunu deyib.
Sfera.az xəbər verir ki, Tramp Ağ Evdə dərman qiymətləri ilə bağlı açıqlama verdikdən sonra jurnalistlərin gündəmlə bağlı suallarını cavablandırıb.
Tramp İrana qarşı hücumların yenidən başlamasının məhdud planın bir hissəsi, yoxsa genişmiqyaslı müharibəyə çevriləcək proses olub-olmadığı barədə konkret açıqlama verməyib.
İranın “çökmüş ölkə” olduğunu iddia edən ABŞ Prezidenti bildirib ki, bu vəziyyət Tehrana qarşı sərt addımların atılmasına mane olmayacaq:
“Bu, onlara həddini bildirməyəcəyimiz anlamına gəlmir. Nə baş verəcəyini görəcəyik”, Tramp ABŞ Hərbi Dəniz Qüvvələrinin də dəstəyi ilə Hörmüz boğazından hər gün təxminən 30 tanker keçdiyini söyləyib:
“Hörmüz boğazı son dərəcə yaxşı vəziyyətdədir. Gecə ərzində orta hesabla 30 gəmi keçir. Çoxlu neft gəlir. Buna görə də neft qiymətlərinin proqnozlaşdırıldığı kimi yüksəlmədiyini görürsünüz”.
İradə Elsevər






