Pensiyalarla bağlı mühüm xəbər: 10 faiz artım...

Pensiyalarla bağlı mühüm xəbər: 10 faiz artım...
Kateqoriya məlum deyil
T

Azərbaycanda aylıq pensiyaların orta məbləği artıb.

Sfera.az xəbər verir ki, bu barədə Dövlət Statistika Komitəsi (DSK) məlumat yayıb.

Qeyd olunub ki, təyin olunmuş aylıq pensiyaların orta məbləği ötən ilin müvafiq dövrü ilə müqayisədə 10.5 faiz artaraq 594.4 manata çatıb. Ortaaylıq pensiyanın məbləği ölkə üzrə ortaaylıq əməkhaqqının 50.6 faizinə bərabər olub.

Ölkədə pensiyaçıların ümumi sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə azalıb.

2025-ci il iyulun 1-nə Dövlət Sosial Müdafiə Fondunda (DSMF) 1 milyon 103 min 300 pensiyaçı qeydiyyatda idisə, 2026-cı il iyulun 1-nə bu rəqəm 1.1 milyon olub. Hazırda pensiyaçılar ölkə əhalisinin 10.7 faizini təşkil edir.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR