Bu şəxslər də “SİMA İmza”dan yararlana biləcəklər

Bu şəxslər də "SİMA İmza"dan yararlana biləcəklər
Kateqoriya məlum deyil
T

Xarici vətəndaşlar “SİMA İmza” xidmətindən yararlana biləcəklər.

 

Sfera.az xəbər verir ki, bu fikirləri “AzInTelecom” MMC-nin nümayəndəsi Tamerlan Məşədihəsənli IX Bankçılıq Forumunda açıqlayıb. O qeyd edib ki, artıq xarici ölkə vətəndaşlarının da “SİMA İmza” sistemindən istifadə edə bilməsi üçün texniki hazırlıq işlərinə start verilib.

 

"Bu yenilik sayəsində Avropa, Asiya və Afrika ölkələrinin sakinləri Azərbaycana fiziki səfər etmədən, sadəcə mobil tətbiqi yükləyərək və öz pasportları və ya milli şəxsiyyət vəsiqələri vasitəsilə sistemdə qeydiyyatdan keçə biləcəklər. Hazırda sınaq mərhələsində olan layihə üzrə testlər uğurla yekunlaşdıqdan sonra xidmət tam funksional şəkildə bütün istifadəçilərin istifadəsinə veriləcək".

 

Tamerlan Məşədihəsənli bildirib ki, bu addım həm xarici vətəndaşların, həm də Azərbaycanda biznes edən beynəlxalq şirkətlərin rəqəmsal imza imkanlarından daha rahat yararlanmasına şərait yaradacaq. Eyni zamanda, “SİMA İmza”nın beynəlxalq istifadəçilərə açılması ölkədə rəqəmsal xidmətlərin qlobal səviyyədə əlçatanlığını artıracaq./kredit.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR