İcra başçıları nə qədər maaş alır? - MƏBLƏĞ

Azərbaycan Respublikasında icra hakimiyyəti başçılarının aylıq əməkhaqları inzibati-ərazi vahidlərinin statusu və əhalisinin sayına uyğun olaraq müəyyən edilir.
Sfera.az kredit.az-a istinadla xəbər verir ki, bu sistem bölgələr arasında sosial-iqtisadi fərqləri və idarəetmə məsuliyyətini nəzərə almaq məqsədi daşıyır.
1 mart 2022-ci ildən etibarən icra başçılarının maaşlarına əhəmiyyətli artım tətbiq olunub — həmin tarixdən etibarən əsas maaşın üzərinə 1,5 misli əlavə hesablanır.
İqtisadçı ekspert Natiq Cəfərlinin araşdırmasına görə, hazırda icra başçılarının maaşları aşağıdakı kimidir:
Bakı şəhəri icra başçısı – 7 650 manat
Gəncə və Sumqayıt şəhərlərinin icra başçıları – 5 625 manat
Əhalisi 100 mindən çox olan rayonlar (Abşeron, Masallı, Şəmkir və s.) – 4 587,5 manat
Əhalisi 50–100 min arasında olan rayonlar (Ucar, Lerik, Beyləqan və s.) – 4 225 manat
Əhalisi 50 minədək olan rayonlar (Xızı, Sədərək, Daşkəsən və s.) – 3 837,5 manat
Eyni zamanda, icra başçılarının maaşlarından 14% gəlir vergisi, 3% DSMF ayırması, 2% icbari tibbi sığorta, 0,5% işsizlik sığortası və YAP üzvlük haqqı tutulur.
Qeyd edək ki, 1 mart 2022-dək Bakı şəhəri icra başçısının maaşı 3 060 manat idi. Artım qərarı idarəetmədə motivasiyanın gücləndirilməsi və effektivliyin artırılması məqsədi daşıyır.






