Neftlə zəngin idilər, böyük qızıl yatağı da tapdılar - FOTO

Kateqoriya məlum deyil
T
Səudiyyə Ərəbistanı Məkkə yaxınlığındakı Mansoura mədənində nəhəng qızıl yatağı aşkar edib.
Sfera.az xarici mediaya istinadla xəbər verir ki, bu, regionun tarixində ən böyük qızıl yataqlarından biridir.
Uzunluğu 125 kilometr olan yataq yüksək keyfiyyətli filizlə doludur.
Bu tapıntı təsadüf deyil. Belə ki, yatağın kəşfi krallığın neftdən asılılığı azaltmaq və mədənçilik kimi yeni sənaye sahələrini inkişaf etdirmək planı olan 2030-cu ilə dair hədəfin bir hissəsidir.
Mədəndən ildə 250 000 unsiya qızıl istehsal edilir. Yatağın qızıl ehtiyatının 7 milyon unsiya olduğu proqnozlaşdırılır.
Firuzə Əliyeva
Sfera.az







