Nazirdən pensiya və müavinətlərlə bağlı vacib PROQNOZ
“2027-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) fəaliyyət istiqamətləri üzrə əhaliyə ödənişlərin, həssas əhali qruplarının tibbi sığorta xərclərinin və haqqı ödənilən ictimai işlərin maliyyələşdirilməsi üçün 5 milyard 503 milyon manat vəsait ayrılması nəzərdə tutulur”.
Sfera.az xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Anar Əliyev bildirib.
Nazirin sözlərinə görə, “Dövlət sosial müdafiə fondu”nun və “İşsizlikdən sığorta fondu”nun 2027-ci il üçün büdcə layihələri, eləcə də dövlət büdcəsindən nazirliyə ayrılacaq vəsaitin proqnozu hazırlanıb.
Layihələr ölkənin iqtisadi və sosial inkişafı, əhalinin rifahı, məşğulluq imkanları, demoqrafik vəziyyət, əmək ehtiyatları və əsas makroiqtisadi göstəricilər nəzərə alınmaqla tərtib edilib:
“Gələn il müavinət, təqaüd və kompensasiyaların ödənilməsi üçün ümumilikdə 2 milyard 200 milyon manat ayrılması proqnozlaşdırılır. Aztəminatlı ailələrə dəstək məqsədilə ünvanlı dövlət sosial yardımı üzrə 470 milyon manat vəsait nəzərdə tutulub. Sığorta-pensiya sistemində dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün isə 1 milyard 600 milyon manat ayrılması planlaşdırılır”./globalinfo






