Azərbaycanda metal filiz istehsalı iki dəfədən çox artıb

Azərbaycanda metal filiz istehsalı iki dəfədən çox artıb
Kateqoriya məlum deyil
T

Bu ilin yanvar-sentyabr aylarında Azərbaycanda 480,7 milyon manatlıq metal filizləri hasil edilib.

 

Sfera.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, metal filizlərin hasilatı ötən ilin eyni dövrü ilə müqayisədə 260,3 milyon manat, yaxud da 2,2 dəfə artıb.

 

Belə ki, 2024-cü ilin ilk 9 ayında Azərbaycanda 220,4 milyon manatlıq metal filizləri hasil olunub.

 

Qeyd edək ki, bu ilin ilk 9 ayında Azərbaycanda mədənçıxarma sənayesində istehsalın ümumi dəyəri 28,8 milyard manat olmaqla, əvvəlki ilin müvafiq dövrünə nisbətən 1,7 faiz azalmışdır./trend

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR