Rusiyadan gələn ilk yük qatarı İran limanına ÇATDI

Rusiyadan gələn ilk yük qatarı İran limanına ÇATDI
Kateqoriya məlum deyil
T

Rusiyadan gələn ilk qatar İranın Aprin quru limanına çatıb.

 

Sfera.az xəbər verir ki, bu barədə Rusiyanın İranda olan ticarət nümayəndəliyi bildirib.

 

Bildirilib ki, bu göndəriş Şimal–Cənub Beynəlxalq Nəqliyyat Dəhlizi üzrə logistika xidmətlərinin inkişafında mühüm mərhələdir. Şimal Dəmir Yolunun poliqonundan yola düşən, sulfat sellüloza yüklənmiş 62 ədəd 40 futluq konteynerdən ibarət qatar dəhlizin şərq marşrutu ilə hərəkət edərək Aprin quru limanına çatıb.

 

Tranzit müddəti 13 gün təşkil edib.

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR