Türkiyədə dollar yenidən BAHALAŞDI

Kateqoriya məlum deyil
T
Türkiyədə ABŞ dollarının məzənnəsi bu gün yenidən yüksəlib.
Sfera.az bildirir ki, buna Mərkəzi Bankın yeni inflyasiya proqnozunu açıqlaması səbəb olub.
Mərkəzi Bank ilin sonuna inflyasiya hədəfini əvvəlki 25–29 faiz diapazonundan 31–33 faizə qaldırıb. 2026-cı il üçün isə proqnoz 13 faizdən 19 faizə yüksəldilib.
Açıqlamadan dərhal sonra maliyyə bazarında dalğalanma müşahidə edilib. Günə 42,19 lirə ilə başlayan dollar qısa müddətdə 42,22 lirəyə qədər artıb.
Ekspertlər bildirirlər ki, inflyasiya gözləntilərinin yenilənməsi və maliyyə bazarlarında qeyri-müəyyənlik valyuta dəyərinin artımında əsas rol oynayıb.
Aynur






