Vergi qeydiyyatında artım: Bu iqtisadi aktivlikdir, yoxsa statistikadır?

Vergi qeydiyyatında artım: Bu iqtisadi aktivlikdir, yoxsa statistikadır?
Kateqoriya məlum deyil
T

Azərbaycanda vergi ödəyicilərinin sayı artmaqda davam edir. Rəsmi məlumata görə, bu ilin noyabrın 1-nə ölkədə 1 milyon 660 min 182 vergi ödəyicisi qeydiyyatda olub. Bu göstərici ötən ilin eyni dövrü ilə müqayisədə 4,8 faiz çoxdur. 


İqtisadçı-ekspert Xalid Kərimli Sfera.az-a açıqlamasında bildirib ki, bunun əsas səbəblərindən biri insanların fəallığının artmasıdır.


Onun sözlərinə görə, amma vergi ödəyicilərinin sayının artmasının iqtisadi artımla birbaşa əlaqəsi yoxdur:


“İstənilən şəxs gedib qeydiyyata düşə bilər, amma fəallıq göstərməyə bilər. Yəni, bu fəaliyyətin olmasına əsas deyil. İstədiyiniz halda, 1 müəssisədə aça bilərsiniz, 10 dənə müəssisədə aça bilərsiniz. Özünüzə də fiziki şəxs kimi VÖEN aça bilərsiniz. Amma heç bir faəliyyət göstərməyə bilərsiniz. Bu əsas deyil”.


Ekspert dedi ki, iqtisadiyyat üçün əsas məsələ yüksəlişin olmasıdır:


“Güman etmək olar ki, bu vergi orqanının şəffaflaşma tələbi nəticəsində ortaya çıxır. Bu cür statistikalar xüsusi nəticələr doğurmur. Düzdür, fəlsəfədə kəmiyyət dəyişikliyi və keyfiyyət dəyişiklikliyi haqqında qanun var, amma bu cür qeydiyyat məsələləri sonda nəyəsə gətirib çıxarmır. Bunun da, xüsusi araşdırmasını aidiyyatı qurumıar aparmalıdır. Amma ciddi nəticə əldə etmək olmaz”. 

 


Müsahibimiz əlavə etdi ki, əsas göstərici istehsal olunan məhsulların həcmi, qeyri-neft sektorunun inkişaf sürəti və qeyri-neft sektorunda yaradılan dəyərin adam başına düşən hissəsidir:


“Azərbaycan, neft sektorunu çıxsaq, qeyri-neft sektorunda adambaşına düşən ümum daxili məhsula görə, həddən artıq geridədir. Hətta bütün iqtisadiyyatı götürsək, adambaşına düşən ümumi daxili məhsula görə, qonşu Ermənistandan və Gürcüstanda geridə qalırıq. Əmək haqqının səviyyəsinə də baxsaq, yenə də çox geridə qalırıq”.

 

Niyaz Hacıyev
Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR