"Lukoil" Bakıya neft tədarükünü dayandırdı

"Lukoil" Bakıya neft tədarükünü dayandırdı
Kateqoriya məlum deyil
T

"Lukoil" Xəzər yataqlarından neftin Bakı limanına daşınmasını dayandırıb və Novorossiysk vasitəsilə ixrac üçün Mahaçqala limanına daşınmasına başlayıb.

 

Sfera.az bildirir ki, bu barədə "Reuters"in məlumat yayıb.

 

Məlumata görə, Rusiya bayraqlı "Lady Leila" tankeri 6 noyabrda Mahaçqalaya çataraq Korçagin yatağından 5 min ton neft gətirəcək. Noyabrda ümumilikdə 30 min ton, dekabrdan isə əvvəl Bakıya göndərilən 130 min ton neft Mahaçqalaya yönləndiriləcək.

 

Mahaçqaladan neft “Daqnefteprodukt” anbarına, oradan isə Mahaçqala–Novorossiysk boru kəməri ilə ixraca ötürülür. Terminalın aylıq ötürmə gücü 400 min tondur.

 

Aynur

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR