Logo

Neft bir qədər də ucuzlaşacaq - Bədbin proqnoz

Neft bir qədər də ucuzlaşacaq - Bədbin proqnoz
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

ABŞ-nin ən böyük investisiya banklarından olan "Goldman Sachs" neft qiymətləri ilə bağlı növbəti proqnozunu açıqlayıb.

Sfera.az xəbər verir ki, proqnoza əsasən, artan tənəzzül riskləri və OPEC+ qrupundan gözlənilən daha yüksək tədarük səbəbiylə neft qiymətləri bu ilin sonuna və 2026-cı ilə qədər düşəcək.

Bank "Brent" və ABŞ xam neft qiymətlərinin 2025-ci ilin qalan hissəsi üçün orta hesabla 63 və 59 dollara, 2026-cı ildə isə 58 və 55 dollara düşəcəyini gözləyir.

Qlobal ticarət müharibəsi fonunda zəif artım proqnozuna görə, bank neft tələbinin ötən ilin sonundan 2025-ci ilin sonuna qədər gündə yalnız 300 min barel artacağını təxmin edir.

"Goldman Sachs" həmçinin ABŞ və Çin arasında artan ticarət müharibəsi səbəbindən 2026-cı ilin dördüncü rübü üçün qlobal tələbində artım proqnozunu gündəlik 900 min barel azaldıb.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR