Elektrik Avtomobillərin Festivalı keçirildi - FOTO/VİDEO

Elektrik Avtomobillərin Festivalı keçirildi - FOTO/VİDEO
Kateqoriya məlum deyil
T

İyulun 7-də Bakıda Azərbaycan Avtomobil Federasiyasının (AAF) təşkilatçılığı ilə Elektrik Avtomobillərin Festivalı keçirilib.

 

Sfera.az xəbər verir ki, ekoavtomobillərin əhəmiyyətini vurğulamaq və onların üstünlüklərini cəmiyyətə çatdırmaq məqsədi daşıyan bu tədbir Azərbaycanda “Yaşıl dünya naminə həmrəylik ili” çərçivəsində və COP29 ərəfəsində təşkil olunub.

 

Ağ Şəhərdə baş tutan festivalda planetimizə zərər vurmayan nəqliyyat vasitələri – “yaşıl” avtomobillər sərgilənib.

 

 

İlk dəfə keçirilən festivalın sponsoru “NEO Motors” şirkəti olub. Tədbirin baş tutmasında Ağ Şəhər layihəsi, “Azərişıq” və “Azərenerji” açıq səhmdar cəmiyyətləri dəstək göstərib.

 

 

Festivalın tərəfdaşları qismində isə “Efendiler Group”, “Volt Group”, “Improtex Motors”, “Onvolt Group”, “Cahan Motors” və “Nurgün Motors” şirkətləri qoşulublar.

 

Festivalda AAF-ın vitse-prezidenti Fərid Məmmədov və Azərbaycan Respublikası energetika nazirinin müavini, COP29-un baş icraçı direktoru Elnur Soltanov çıxış ediblər.

 

Festival çoxsaylı ziyarətçilər tərəfindən maraqla qarşılanıb. Onlar ekoavtomobillərə baxış keçirərək bu avtomobillərin xüsusiyyətləri və üstünlükləri barədə geniş məlumat əldə ediblər.

 

 

Tədbirdə festivalın uğurla həyata keçirilməsində töhfə verən sponsor və tərəfdaşlara sertifikatlar təqdim edilib.

 

Festival əyləncəli musiqi proqramı ilə yekunlaşıb.

 

Gallery image 1
Gallery image 2
Gallery image 3
Gallery image 4
Gallery image 5
Gallery image 6
Gallery image 7
Gallery image 8
Gallery image 9
Gallery image 10
Gallery image 11
Gallery image 12
Gallery image 13
Gallery image 14
Gallery image 15
Gallery image 16
Gallery image 17
Gallery image 18
Gallery image 19
Thumbnail 1
Thumbnail 2
Thumbnail 3
Thumbnail 4
Thumbnail 5
Thumbnail 6
Thumbnail 7
Thumbnail 8
Thumbnail 9
Thumbnail 10
Thumbnail 11
Thumbnail 12
Thumbnail 13
Thumbnail 14
Thumbnail 15
Thumbnail 16
Thumbnail 17
Thumbnail 18
Thumbnail 19
PAYLAŞ

OXŞAR XƏBƏRLƏR