Avronun "vəziyyəti" son bir ayda pisləşib - SƏBƏB

Avronun "vəziyyəti" son bir ayda pisləşib - SƏBƏB
Kateqoriya məlum deyil
T

Avro Ukraynadakı gərginliyin artması və Fransadakı etirazların genişlənməsi səbəbindən dollar qarşısında ucuzlaşıb.

Sfera.az xəbər verir ki, məzənnə 1,1183 dollara qədər gerilədikdən sonra bir az toparlanaraq 1,1226 dollar səviyyəsinə gəlib.

Ekspertlər avronun məzənnəsinin 1,11 dolların altına düşə biləcəyini proqnozlaşdırırlar. Bu zəifləməyə Ukrayna Prezidenti Zelenskinin Trampı Kiyevə təzyiq etməkdə ittiham etməsi nəticəsində yaranan geosiyasi risklər səbəb olub. Digər tərəfdən, Fransada 500 mindən çox insanın iştirak etdiyi etirazlar hökumətin büdcə kəsirini azaltmaq üçün planlaşdırdığı 43 milyar avroluq qənaət tədbirlərini çətinləşdirir. Yaxınlaşan prezident seçkiləri də bu qərarların icrasını ləngidir. Nəticədə avro son bir ayda ən pis performans göstərən əsas valyuta olub və investisiya fondlarının avronun düşəcəyinə dair gözləntiləri iyul ayından bəri ən yüksək səviyyəyə yüksəlib.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR