ÜDM istehsalında bu sektorun payı 70 faizi ötdü

ÜDM istehsalında bu sektorun payı 70 faizi ötdü
Kateqoriya məlum deyil
T

Azərbaycanın ümumi daxili məhsul (ÜDM) istehsalında qeyri neft-qaz sektorunun payı 70 faizi ötüb.

Sfera.az Dövlət Statistika Komitəsinin məlumatlarına istinadən xəbər verir ki, 2026-cı ilin yanvar-sentyabr aylarını əhatə edən 9 ay ərzində ÜDM istehsalı 102 milyard manat olub.

Bunun 30,326 milyard manatı neft-qaz sektorunda, 71,7 milyard manatı digər sahələrdə istehsal edilib. Doqquz ayın nəticələrinə əsasən, ÜDM-nin nominal dəyərinin 70,3 faizi qeyri neft-qaz sektorunun payına düşüb.

Xatırladaq ki, 2025-ci ilin yanvar-sentyabr aylarında da qeyri neft-qaz sektorunun payı builki qədər (70 faiz) olub. Lakin bu il neft və qaz qiymətləri çox yüksəldiyindən neft-qaz sektorunun payının artacağı təxmin edilirdi. İlk 9 ayın nəticələri göstərir ki, qeyri neft-qaz sektoru ÜDM istehsalında yüksək payını qoruya bilib.

Buna səbəb qeyri neft-qaz sektorunda istehsalın bazar dəyərinin daha çox artmasıdır. İlk 9 ayda qeyri neft-qaz sektoru 5 milyard manat, neft-qaz sektorunun dəyəri 1,82 milyard manat artıb.

Vasif

Sfera.az

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR