"Bütün fikirləri eşitməli və ümumi həll yolları tapmalıyıq" - COP29-un prezidenti

"COP29-a sədrlik edən ölkə olaraq bizim üçün bütün fikirləri eşitmək, konsensusa əsaslanan proqram hazırlamaq və iqlim dəyişikliyi ilə mübarizə aparmaq üçün hər kəsin imkanını genişləndirən ümumi həllər tapmalıyıq".

 

Sfera.az xəbər verir ki, bunu Azərbaycanın ekologiya və təbii sərvətlər naziri, COP29-un prezidenti Muxtar Babayev Bakıda "COP29-a aparan yol: Dayanıqlı və davamlı gələcək" mövzusunda keçirilən yüksəksəviyyəli görüşdə deyib.

 

"Biz COP29-u inklüziv, şəffaf və qərəzsiz keçirməyə can atırıq", - o bildirib.

 

M.Babayevin sözlərinə görə, COP29 komandası milli iqlim fəaliyyət planları vasitəsilə bütün tərəflərə öz ambisiyalarını yüksəltməyə kömək etmək üçün çalışır.

 

"Son aylarda komandamız maraqlı tərəflər və müvafiq beynəlxalq təşkilatların rəhbərləri ilə geniş və məzmunlu məsləhətləşmələr aparıb. Biz ümumi iqlim problemimizin nəticələrini aradan qaldırmaq üçün bütün tərəflərin birgə işləməyə sadiq olduqlarını gördük", - M.Babayev vurğulayıb.

 

Nazir qeyd edib ki, Petersberq İqlim Dialoqu zamanı komanda bu qlobal problemlə mübarizə üçün ambisiya və fəaliyyətin artırılmasına yönəlmiş COP29 üçün bir baxış ortaya qoyub və indi komanda ümumi plandan daha konkret istiqamətlərə keçməyə hazırdır.

 

"Biz bütün tərəflərə milli iqlim fəaliyyət planları, milli uyğunlaşma planları və şəffaflıq hesabatları vasitəsilə öz ambisiyalarını yüksəltməyə kömək etmək üçün çalışırıq. Bu planlar və hesabatlar ambisiyaya işarə edərək etimadın yaradılmasına kömək edə, həmçinin sərmayələri istiqamətləndirə bilər. Digər tərəfdən, biz iqlim dəyişikliyi ilə mübarizənin maliyyələşdirilməsində ədalətli və iddialı yeni məqsəd ilə bağlı razılaşma əldə etməklə, qlobal maliyyə institutlarını gücləndirməklə və iqlim dəyişikliyi ilə mübarizədə özəl sektorun öhdəliklərini təmin etməklə fəaliyyətimizi gücləndirməyə çalışırıq", - nazir deyib.(report)


OXŞAR XƏBƏRLƏR

52 il bağırsaqlarından çıxarılan qəribə əşyadan xəbərsiz yaşayıb - FOTO

Çinin şərqindəki Anhui əyalətinin Yanq adlı 64 yaşlı sakini cəmi 12 yaşında olarkən bədənində yad cisim əmələ gəlib. O, bundan xəbərsiz 52 il yaşayıb.  ...

Aktiv vulkan kraterinə düşən qadının 3 gün sonra sağ olduğu məlum olub - FOTO

26 yaşlı braziliyalı rəqqasə Culiana Marins İndoneziyada təxminən 300 metr hündürlükdən yıxılaraq aktiv vulkanın kraterində ilişib qalıb. Xilasedicilər üçüncü g...

Evindən ona 76 min dollar qazandıran kitab tapdı - FOTO

Bir britaniyalı evdə nadir kitab tapıb.    Belə ki, İngiltərənin cənubunda yaşayan sakin gözlənilmədən onilliklər ərzində rəfdə toz yığan uşaq k...

Çində yarasalardan insanlara ötürülə bilən iki yeni virus aşkarlandı

Alimlər Çində yarasalardan insanlara keçə bilən yeni infeksiyalar aşkar ediblər. Onlar ağır beyin iltihabına və tənəffüs xəstəliklərinə səbəb ola bilər. &nbs...

Rəqsanə həyat yoldaşından boşanıb?

Müğənni Rəqsanə İsmayılovanın həyat yoldaşı Fazil bəydən boşandığı iddia edilib.   Sfera.az xəbər verir ki, bu haqda "TikTok" platformasınd...

Azərbaycanda Məhərrəm ayı başlayıb

Bu gündən - iyunun 26-dan Azərbaycanda Məhərrəm ayı başlayıb.   Sfera.az xəbər verir ki, islam aləmində xüsusi əhəmiyyətə malik olan bu ay hicri...