Logo

Azərbaycanın idxalı rekord həddə ÇATDI

Azərbaycanın idxalı rekord həddə ÇATDI
Kateqoriya məlum deyil
Xəbərləri Google-da birbaşa sfera.az-dan alınGoogle-da sfera.az-a abunə olGoogle axtarışında sfera.az-ı seçilmiş mənbə kimi əlavə edinAbunə ol

2024-cü ildə Azərbaycanın idxal üçün xərclədiyi pul maksimum həddə çatacaq.

 
Sfera.az
Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, ilk 5 ay (yanvar-may) ərzində idxala çəkilən xərc 7,3 milyard dollar olub.

Bu il beşaylıq idxalın həcmi ötən ilin eyni dövrü ilə müqayisədə 461 milyon dollar, 2,17 milyard dollar çoxdur.

2024-cü ilin geridə qalan dövrü ərzində hər ay idxala 1,46 milyard dollar pul xərclənib.

İdxalın artması qarşılığında ixracda artım baş vermir ki, bu da yaxşı hal deyil. Belə vəziyyətdə Azərbaycanın xarici ticarət əməliyyatlarında müsbət saldo (fərq) kiçilir. İlk beş ay ərzində müsbət saldo 2022-ci ildə 10,3 milyard dollar, 2023-cü ildə 9,3 milyard dollar olduğu halda, 2024-cü ildə 3,84 milyard dollara düşüb.

Saldonun kiçilməsi Azərbaycanın cari əməliyyatlar balansındakı müsbət fərqi də azaldır ki, bu da maliyyə sabitliyi üçün risklidir.

Vasif

PAYLAŞ

OXŞAR XƏBƏRLƏR