Bu il Azərbaycanda meyvə baha olacaq – SƏBƏB

Bu il Azərbaycanda meyvə baha olacaq – SƏBƏB

Bu il Azərbaycanda meyvə qiymətləri yüksək olacaq. 


Sfera.az xəbər verir ki, buna səbəb aprel, may və iyun aylarında havaların yağıntılı keçməsi, dolu düşməsidir. 


Güclü yağışlar və dolu düşməsi dağlıq və dağətəyi ərazilərdə meyvə ağaclarının çiçəklərinin tökülməsinə, tozlanma prosesinə mənfi təsir göstərir. Bu səbəbdən də bəzi kənd təsərrüfatı regionlarında meyvə bağlarında məhsuldarlıq aşağı düşüb, toplanan məhsul azalıb. 


Belə vəziyyət bazarlarda meyvə qiymətlərinin yüksəlməsinə səbəb olur. 


May ayına dair açıqlanan məlumatlar da göstərir ki, yay mövsümünün yaxınlaşmasına baxmayaraq, meyvə qiymətləri enmək əvəzinə bir qədər də yüksəlib. Ötən ayda meyvələrin qiyməti orta hesabla 1,5 faiz artıb. Halbuki, ötən ilin mayında meyvə qiymətlərində artım qeydə alınmamışdı.


Aylıq müqayisə ilə yanaşı illik müqayisədə də meyvələrin qiymətinin artım sürəti yüksəkdir. Mart və apreldə illik müqayisədə meyvələr 5,3 faiz bahalaşdığı halda, mayda bahalaşma 7 faizə çatıb.  


Bu il ərzaq məhsulları arasında ən yüksək bahalaşma məhz meyvələrdədir. 


Vasif


OXŞAR XƏBƏRLƏR