Türkiyədən Rusiya ilə bağlı QƏRAR: İyunun 21-dən...

Türkiyənin Kənd Təsərrüfatı Nazirliyi Rusiyadan buğda idxalını dayandırdığını açıqlayıb.
Sfera.az xəbər verir ki, idxalın dayandırılması 2024-cü ilin iyunun 21-dən tətbiq olunacaq və bu ilin oktyabrın 15-dək qüvvədə olacaq.
Kənd Təsərrüfatı Nazirliyi bildirib ki, Rusiyadan buğda idxalının məhdudlaşdırılması qərarı türk istehsalçılarını dəstəkləmək məqsədilə atılıb:
“Məhsul yığımı dövründə təklif bolluğunun yaranması müşahidə edilir ki, bu da qiymətlərin azalmasına səbəb olur. Daha aşağı qiymət istehsalçılara mənfi təsir etdiyindən daxili bazarda təklifin tənzimlənməsi qərara alınıb”.
Qeyd edək ki, Rusiyanın buğda ixracında Türkiyə ikinci yerdədir. Ən çox idxalçılar arasında Banqladeş, Pakistan və Əlcəzair var. Rusiya dünyada ən çox buğda satan ölkələrdən biridir.
Vasif