Əhali ən çox pulu bu xidmətlərə XƏRCLƏYİR – ADLAR

Əhali ən çox pulu bu xidmətlərə XƏRCLƏYİR – ADLAR

Azərbaycan əhalisi hər il pullu xidmətlərə milyardlarla manat məbləğində pul xərcləyir. Açıqlanan rəsmi statistik məlumatlardan görünür ki, əhalinin xidmətlərə xərclədiyi pulun çox hissəsi cəmi bir neçə xidmətə sərf edilir.

 

Sfera.az xəbər verir ki, əhali ən çox pulu rabitə, kommunal və nəqliyyat xidmətlərinə xərcləyir.

 

2023-cü ilin məlumatına əsasən, rabitə xidmətlərinə 2,52 milyard manat, kommunal xidmətlərə 2,29 milyard manat, nəqliyyat xidmətlərinə isə 1,986 milyard manat ayrılıb. Adıçəkilən 3 xidmət növü üzrə 6,8 milyard manat xərclənib. Üç sahəyə xərclənən məbləğ cəmi xərclərin 60 faizini təşkil edir.

 

Ötən il əhali pullu xidmətlərə 11,41 milyard manat xərcləmişdi. Orta hesabla hər bir Azərbaycan sakini il ərzində pullu xidmətlərə 1 124 manat xərcləyib. Bunun 248 manatı rabitə, 226 manatı kommunal, 196 manatı nəqliyyat, 124 manatı məişət, 94 manatı təhsil, 93 manatı səhiyyə xidmətlərinin əldə edilməsinə ayrılıb.

 

Əhalinin xidmətlər arasında ən az pul xərclədiyi sahə isə idman və mədəniyyət xidmətləridir.

 

Ötən il adambaşına idmana 5,3 manat, mədəniyyət xidmətlərinə 7,2 manat xərclənib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

Eldar Əzizovun cavabı Pezeşkianı təəccübləndirdi- VİDEO

Xəbər verdiyimiz kimi, Azərbaycanda rəsmi səfərdə olan İran Prezidenti Məsud Pezeşkian aprelin 28-də Şəhidlər xiyabanını ziyarət edib.   Sfera.az-ın&...

Rusiyadan Hindistan və Pakistana çağırış

Rusiya xarici işlər nazirinin müavini Andrey Rudenko Pakistan və Hindistanın Moskvadakı səfirləri Məhəmməd Xalid Camali və Vinay Kumar ilə görüş keçirib. &nb...

Azərbaycanın idman gimnastı Dünya Kubokunun qalibi oldu

Azərbaycanın idman gimnastı Nikita Simonov Dünya Kubokunun qalibi olub.   Sfera.az xəbər verir ki, milli üzvü 6 mərhələnin yekunlarına əsasən halqala...

Əliyevin Pezeşkianla görüşündən yeni görüntülər yayıldı - VİDEO

Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana səfərindən görüntülər paylaşılıb.   Sfera.az paylaş...

İkardidən Wanda Naranı qıcıqlandıracaq paylaşım

"Qalatasaray" azarkeşlərinin yenidən meydana qayıtmasını səbirsizliklə gözlədiyi Mauro İkardi həm karyerasında, həm də şəxsi həyatında xoşbəxt günlər ...

Donald Tramp Virciniya Giuffrenin ölümü ilə bağlı açıqlama verdi - FOTO

ABŞ prezidenti Donald Tramp 41 yaşlı Virciniya Giuffrenin ölümünü “dəhşətli” adlandırıb.   Sfera.az bildirir ki, Tramp bunu Nyu-Cersi hava ...