Azərbaycanda daxili turizmə maraq ARTIB - Ötən illə müqayisədə... 

Azərbaycanda daxili turizmə maraq ARTIB - Ötən illə müqayisədə... 

Azərbaycanın quru sərhədlərinin bağlı qalması ölkə vətəndaşlarında daxili turizmə marağı artırıb. Bu səbəbdən turizm səfərlərinin sayında da artım müşahidə edilir.

 

Sfera.az rəsmi məlumatlara istinadən xəbər verir ki, ötən il ərzində daxili səfərlərin sayı 2022-ci illə müqayisədə 19 faiz artıb. 2022-ci ildə 4,37 milyon nəfər ölkə daxilində turizm səfəri etmişdisə, ötən il 5,2 milyon insan turist səfərinə çıxıb.

 

Bəs Azərbaycan əhalisi daha çox hansı rayon və şəhərlərə turizm səfəri edir?

 

Ölkə daxilində ən çox səfər edilən yer Bakıdır. Bir ildə turizm məqsədilə Bakıya 1,69 milyon nəfər gəlib. 2022-ci ilə nisbətən paytaxta turizm səfəri edənlərin sayı 150 min nəfərə yaxın azalsa da Bakı hələ də ən cəlbedici yer ünvanını qoruyur.

 

Sıralamada ikinci yerdə Qəbələ rayonu dayanır. Bura il ərzində 305,4 min insan səfər edib. 2022-ci ildə Qəbələyə 24,3 min turist gəlmişdi.

 

Əhalinin ən çox seçdiyi üçüncü yer Qusar rayonudur. Qusara bir ildə 304 min nəfər turizm üçün səfər edib. 2022-ci ildə bu rayona 18,5 min adam gəlib.

 

Dördüncü sırada Quba rayonu qərarlaşıb. Bu rayona bir ildə 300 min insan gəlib. 2022-ci ildə Qubada 54 min insan istirahət etmişdi.

 

Sumqayıt şəhəri də turistlərin çox səfər etdiyi yerlərdən biridir. Azərbaycanın ikinci ən böyük şəhərinə bir ildə 226 min insan turizm səfəri edib.

 

Regionlar üzrə götürdükdə isə ötən il əhali Bakıdan başqa ən çox şimal və şimal-qərb bölgəsinə turizm səfərinə çıxıb. İl ərzində şimal rayonlarına 826 mindən çox, şimal-qərb rayonlarına isə 702 min turist gəlib.

 

Vasif


OXŞAR XƏBƏRLƏR

DünyaHindistanla müharibə 3 günə başlaya bilər - Pakistanın müdafiə naziri

Hindistanla 2-3 gün ərzində müharibə başlaya bilər.   Sfera.az xəbər verir ki, bunu Pakistanın müdafiə və aviasiya naziri Xavaca Məhəmməd Asif deyib....

SÜRÜCÜLƏRİN NƏZƏRİNƏ: 800 manatadək cərimələnə bilərsiniz

Son zamanlar sosial şəbəkələrdə qadağan olunan sayrışan işıq və xüsusi səs siqnalı kimi avtoaksesuarların satışı geniş yayılıb.   Hətta sayrışan işıq...

Ərdoğan zəlzələdən danışdı

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan İstanbulda binaların seysmik dayanıqlığının gücləndirilməsi və şəhərin mümkün güclü zəlzələlərə hazırlığı çərçivəsində a...

İran Prezidentinin Azərbaycana səfəri başa çatdı

İran Prezidenti Məsud Pezeşkianın Azərbaycana rəsmi səfəri aprelin 28-də başa çatıb.   Sfera.az xəbər verir ki, hər iki ölkənin Dövlət bayraqlarının ...

Leyla Əliyevanın şeirlərinə bəstələnmiş mahnılar ifa olundu

II Beynəlxalq Opera Festivalının altıncı günündə Azərbaycanın xalq artisti Fidan Hacıyevanın “Arzu” adlı solo konserti olub. Opera müğənnisi Heydər ...

Bəzi məqamlar var ki, hələ yazılmayıb - İran Prezidenti

"Əziz qardaşım, Prezident İlham Əliyev böyük əzm və iradə nümayiş etdirir. Biz də öz tərəfimizdən, inamımıza, iradəmizə və əzmkarlığa əsaslanaraq, Allahın ...