Apreldə dollara tələb yenidən ARTIB

Apreldə dollara tələb yenidən ARTIB

Azərbaycan Mərkəzi Bankında bu ilin aprelində keçirilən valyuta hərraclarında banklar tərəfindən 623,4 milyon dollar dəyərində xarici valyuta alınıb. 


Sfera.az xəbər verir ki, apreldə satılan valyutanın məbləği fevral ayındakı nəticədən sonra ən yüksək göstəricidir. Fevralda 870,6 milyon dollar dəyərində xarici valyuta alınmışdı. 


Apreldə qeydə alınan tələbin həcmi fevraldan az olsa da yanvar və mart aylarındakı nəticədən yüksək olub. Bu fakt onu göstərir ki, apreldə dollara tələbdə yenidən artım baş verib.


Vasif
 


OXŞAR XƏBƏRLƏR