Xarici ticarət dövriyyəsi niyə azalır? - AÇIQLAMA 

Xarici ticarət dövriyyəsi niyə azalır? - AÇIQLAMA 

"2024-cü ilin ilk 2 ayında Azərbaycanın xarici ticarət dövriyyəsi 6 milyard 428 milyon dollar olub. İxracatımız 3 milyard 981 milyon, idxalımız isə 2 milyard 446 milyon dollardır. Bu müddətdə xarici ticarət dövriyyəsi faktiki qiymətlərlə 23,5 faiz, real ifadədə 15,0 faiz, o cümlədən idxal 19,9 faiz, ixrac isə 12,7 faiz azalıb. Qeyd edək ki, qeyri neft-qaz məhsullarının ixracı əvvəlki ilin eyni dövrü ilə müqayisədə faktiki qiymətlərlə 30,1 faiz, real ifadədə 36,9 faiz azalaraq 455,0 milyon dollar təşkil edib".

 

Sfera.az xəbər verir ki, bu barədə Milli Məclisin deputatı Vüqar Bayramov bildirib.

 

"Diqqəti çəkən məqam ondan ibarətdir ki, bu ilin ilk 2 ayında neftin dünya bazar qiymətində əvvəlki ilin uyğun dövrü ilə müqayisədə kəskin fərq olmayıb. Belə ki, Brent markalı neftin bir barelinin qiyməti 2023-cü ilin yanvar ayında 82.5, fervral ayında 82.8, bu ilin ilk aylarında isə uyğun olaraq 80.12 və 83.48 dollar olub. 2023-cü ilin ilk 2 ayında 82.65, bu ilki dövr üçün isə 81.8 dollar orta qiymət qeydə alınıb. Göründüyü kimi neftin dünya bazar qiyməti ticarət dövriyyəsi azalması üçün təsirli faktor olmayıb”.

 

Deputat qeyd edib ki, neft hasilatındakı eniş ümumi ticarət dövriyyəsində azalmaya gətirib çıxarıb.

 

“Neft hasilatı bu müddətdə 6.7 faiz azalıb. Azərbaycan ixracatının 90 faizə yaxınını neft və qaz ixracatı təşkil etdiyi bu ümumi ticarət dövriyyəsi azalmalar ilə müşahidə olunub. İdxalın azalması mövsümi faktorlar və eləcə də dövlət satınalmaları ilə bağlı yeni qaydaların tətbiqi ilə bağlıdır. Elektrik enerjisi və spirtli və spirtsiz içkilərin ixracatının azalması isə ümumi qeyri-neft ixracatına təsir göstərib. İqtisadiyyatın diversifikasiya baxımından isə qeyri neft-qaz ixracatının strukturunun və ixrac bazarlarının şaxələndirilməsi prioritet olaraq qalmaqdadır”.

 

Ülkər Abdurahmanlı


OXŞAR XƏBƏRLƏR

Avropa İttifaqı tanınmış rus kinorejissoruna sanksiya tətbiq edi - FOTO

Avropa İttifaqı Rusiyanın xalq artisti Karen Şahnazarov və daha 9 rusiyalı şəxsə qarşı sanksiya tətbiq edib.    Sfera.az bu barədə Avropa İttifa...

İsrail və Suriya atəşkəs barədə razılığa gəldi

İsrail və Suriya arasında davam edən gərginliyə son qoymaq məqsədilə tərəflər atəşkəs razılaşmasına gəliblər.  Sfera.az xəbər verir ki, bu barədə ABŞ-...

Ermənilər Ağdamda qəbirlərdən protezləri oğurlayıblar - FOTO

Prezident İlham Əliyevin təşəbbüsü və nəzarəti altında Ağdam şəhərindəki İmarət kompleksində 2023-cü ilin mart ayından başlayaraq dayanmadan arxeoloji tədqiqatl...

FHN çimərliklərlə bağlı əhaliyə müraciət edib - VİDEO

Kütləvi maarifləndirmə işlərinə baxmayaraq, bəzi vətəndaşlar tərəfindən çimərliklərdə təhlükəsizlik qaydalarına əməl olunmaması sonda acı nəticələrə səbəb olur....

48 yaşlı qadın kanalda batdı

Füzulidə 48 yaşlı qadın kanalda batıb.   Sfera.az Teleqraf-a istinadən xəbər verir ki, hadisə Baş Mil Kanalının rayonun İkinci Mahmudlu kəndi ərazisi...

Borcunu qaytarmayan 36 nəfər saxlanıldı

İyulun 18-də ölkə ərazisində qeydə alınan 67, əvvəlki dövrlərdən bağlı qalan 3 cinayətin açılması polis əməkdaşları tərəfindən təmin olunub.   Sfera....