Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Qarabağa avtobus reyslərinə may ayı üçün biletlər satışa çıxarılır

Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyindəki Azərbaycan Yerüstü Nəqliyyat Agentliyinin (AYNA) işğaldan azad olunmuş ərazilərə təşkil etdiyi müntəzəm avtobus reyslərinə may ayı üçün biletlər 26 aprel 2024-cü il saat 11:00-da satışa çıxarılacaq.

 

Sfera.az nazirliyə istinadən xəbər verir ki, sərnişin daşınması ilə bağlı sistemliliyin təmin edilməsi məqsədilə marşrut xətləri üzrə bilet satışı www.yolumuzqarabaga.az portalı üzərindən onlayn qaydada həyata keçirilir.

 

Gediş və qayıdış biletləri əvvəlcədən eyni vaxtda sifariş olunmalıdır.

 

Vətəndaşlar bilet almaq üçün şəxsiyyətini təsdiq edən sənəddəki məlumatları sistemə daxil etməlidirlər. Bilet yalnız şəxsiyyət vəsiqəsi ilə eyniləşdirilən vətəndaş tərəfindən istifadə oluna bilər. Onun başqa şəxsə ötürülməsi mümkün deyil.

 

İşğaldan azad olunmuş ərazilərə ilk müntəzəm avtobus marşrutları 2022-ci il yanvarın 24-də istifadəyə verilib. Bu günədək ümumilikdə 721 reys həyata keçirilib, 29361 sərnişin işğaldan azad olunmuş əraziləri ziyarət edib.


OXŞAR XƏBƏRLƏR

62 il öncə tikilən Cavanşir körpüsü sökülə bilər - Təhlükəlidir

Bakının Xətai rayonunda yerləşən Cavanşir yolötürücüsü sökülə bilər.   Sfera.az xəbər verir ki, bununla bağlı Xəzər TV-də süjet yayımlanıb.  ...

Bakıda özəl klinikanın həkiminə 14 bıçaq zərbəsi VURDULAR

Bakının Suraxanı rayonunda ailə məişət zəminində dava zamanı qadın bıçaqlanıb.   Sfera.az-ın məlumatına görə, hadisə Əmircan qəsəbəsində qeydə alınıb...

İsrail və HƏMAS bir neçə gündən sonra razılığa gələ bilərlər

Fələstinin HƏMAS hərəkatı ilə İsrail tərəfi arasında Qəzza zolağında nizamlanmaya dair razılıq əldə etmək üçün Qahirədə daha bir neçə günlük danışıqlar tələb ol...

"Real Madrid" 36-cı dəfə İspaniya çempionu oldu

İspaniya La Liqasında 2023/2024-cü illər mövsümünün qalibi bəlli olub.   Sfera.az xəbər verir ki, "Real Madrid" sona 4 tur qalmış çempionlu...

"Neftçi"nin baş məşqçisi azarkeşlərdən üzr istədi

Çox məyusam. Azarkeşlərdən üzr istəyirəm. Təəssüf ki, rahat şəkildə məğlub olduq. Qırmızı vərəqədən sonra hər şey bəlli idi.   Sfera.az xəbər verir k...

Ceyhun Bayramov İƏT sammitində çıxış etdi

Azərbaycan Respublikasının xarici işlər naziri Ceyhun Bayramov Qambiya Respublikasına işgüzar səfəri çərçivəsində İslam Əməkdaşlıq Təşkilatının (İƏT) 15-ci İsla...