Neft Fondu daha 2,8 ton qızıl alıb

Neft Fondu daha 2,8 ton qızıl alıb

Azərbaycan Dövlət Neft Fondunun qızıl ehtiyatlarının miqdarı 104,6 tona yüksəlib. 


Sfera.az xəbər verir ki, 2024-cü ilin aprelin 1-nə olan məlumata əsasən, bu ilin birinci rübü ərzində Fond daha 2,8 ton qızıl alıb. 


Ötən ilin sonunda Fondun 101,8 ton qızılı var idi. Son məlumata əsasən, Neft Fondunun investisiya portfelinin 13,2 faizi qızıldan ibarətdir. Aprelin 1-nə olan məlumata əsasən, bu qədər qızılın birja dəyəri 7,499 milyard dollar təşkil edib. 


“Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”ına əsasən, Fond investisiya portfelinin məcmu dəyərinin 15%-ə qədərini qızıla investisiya edə bilər.


Neft Fondu 2012-ci ilin fevralından qızıl alışına başlayıb. İlk dəfə 25 qızıl külçənin (10 000 troya unsiyası) həftəlik alışına başlanıb. Qiymət dəyişkənliyi riskinin minimuma endirilməsi məqsədilə, 30,18 ton (970 146 troya unsiyası) qızılın mərhələli şəkildə (həftələr üzrə) bərabər miqdarda bölüşdürülməklə 2 il müddətində Fondun investisiya portfelinə daxil edilməsi həyata keçirilib.


2018-ci ilin ikinci rübündən 2020-ci ilin ikinci rübünədək qızıl alışı davam etdirilmiş, nəticədə Fond investisiya portfelində qızılın həcmi 101,8 tona (3 272 975 troya unsiyası) çatdırılmışdı.

 

Vasif

 


OXŞAR XƏBƏRLƏR

500 milyard parametrli süni intellekt yaradılacaq

Microsoft özünün ən böyük süni intellekt (AI) modelini inkişaf etdirəcək. Sfera.az xəbər verir ki, bu barədə “The Information” məlumat yayıb. ...

Özlərini özəl hiss edirlər: Eyni cinsdən dördəmləri oldu - FOTO

Texaslı (ABŞ) Mercedes Sandhu çox nadir eyni dördəmlər dünyaya gətirib. Körpələr xəstəxanadadır, qidalanma borusu vasitəsilə qida alır və xüsusi aparat vasitəsi...

“Çərşənbə”nin ikinci mövsümünün çəkilişləri başladı: Əsas aktyorlardan biri olmayacaq 

Məşhur “Netflix” serialının ikinci mövsümünün çəkilişlərinə başlanılıb. Bu barədə aparıcı aktrisa Cenna Orteqa İnstaqram səhifəsində məlumat verib. ...

24.000 illik körpə qalıqları insan tarixini yenidən yazdı

Təxminən 24500 il əvvəl Portuqaliyanın mərkəzindəki Lapedo vadisində 4 yaşlı uşaq kəfənə bükülmüş şəkildə dəfn edilib. Alimlərin kəşf etdiyi kimi, bu uşaqda həm...

Faşizm üzərində qələbədən 79 il ötür

Bu gün alman faşizmi üzərində tarixi qələbədən 79 il keçir.   Sfera.az xatırladır ki, faşizm üzərində qələbə Azərbaycanda da rəsmi dövlət bayramı kim...

Putinlə Paşinyanın görüşü başladı

Kremldə Rusiya Prezidenti Vladimir Putinlə Ermənistanın Baş naziri Nikol Paşinyanın görüşü keçirilir.   Sfera.az xəbər verir ki, bu barədə Kremlin mə...