Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycan və Türkiyə aqrar sahədə əməkdaşlığın perspektivlərini MÜƏYYƏNLƏŞDİRDİ - FOTO

Azərbaycanın istehsal etdiyi kənd təsərrüfatı məhsullarının Türkiyə və Avropa bazarlarına ixracının genişləndirilməsi zəruridir.

 

Sfera.az-ın Kənd Təsərrüfatı Nazirliyinə istinadən verdiyi məlumata görə, bunu Türkiyəyə rəsmi səfəri zamanı Ankara şəhərində Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclasında nazir Məcnun Məmmədov bildirib.

 

İclasda tərəflər iki ölkənin kənd təsərrüfatı sahəsində əməkdaşlığının mövcud vəziyyəti və genişləndirilməsi barədə müzakirələr aparıblar.

 

M. Məmmədov Türkiyənin bütün sahələrdə olduğu kimi kənd təsərrüfatı sahəsində də Azərbaycanın etibarlı tərəfdaşı olduğunu deyib. Bildirilib ki, iki ölkə arasında aqrar tədqiqatlar, təhsil, pambıqçılıq, toxumçuluq, baytarlıq, aqrar sığorta və digər sahələr üzrə səmərəli əməkdaşlıq uğurla davam edir. İclasda iki ölkə arasında kənd təsərrüfatı sahəsində qarşılıqlı əlaqələrin genişləndirilməsi üçün böyük potensialın olduğu vurğulanıb, kənd təsərrüfatı və qida məhsullarının ticarət dövriyyəsinin artırılması vurğulanıb.

 

Daha sonra iki qardaş ölkənin kənd təsərrüfatı nazirlərinin iştirakı ilə geniş tərkibli görüş keçirilib. Görüşdə Azərbaycan Kənd Təsərrüfatı Nazirliyi ilə Türkiyənin Kənd Təsərrüfatı və Meşəçilik Nazirliyi arasında Aqrar tədqiqat və inkişaf sahəsində əməkdaşlıq haqqında Niyyət Bəyannaməsi və Türkiyə-Azərbaycan Kənd Təsərrüfatı İcra Komitəsinin 11-ci iclasının protokolu imzalanıb.

 

Sənədlərdə iki ölkə arasında aqrar sahədə əməkdaşlıq üçün perspektiv istiqamətlər müəyyən edilib. Tərəflər iki ölkə arasında aqrar təhsil, mütəxəssis hazırlığı, aqrar tədqiqat və inkişaf, torpaqların konsolidasiyası, baytarlıq, heyvan xəstəliklərinə qarşı peyvənd vasitələri ilə təchizat və digər sahələrdə əməkdaşlığı genişləndirmək barədə razılığa gəliblər.

 

İkitərəfli əməkdaşlığın əhəmiyyətindən danışan M. Məmmədov, imzalanan sənədlərin Azərbaycan ilə Türkiyə arasında kənd təsərrüfatı sahəsində əməkdaşlığa, o cümlədən elmi tədqiqat sahəsində məlumat mübadiləsinə, birgə elmi tədqiqat işlərinin aparılmasına, müasir tədqiqat metodlarının tətbiqinə, ümumiyyətlə aqrar sahənin inkişafına xidmət edəcəyinə əmin olduğunu bildirib.

 

Türkiyənin kənd təsərrüfatı və meşəçilik naziri İbrahim Yumaklı isə öz növbəsində iki nazirlik arasında müəyyən edilən Fəaliyyət Planının bütün maddələrinin həyata keçirilməsinin vacibliyindən danışıb. “Azərbaycan ilə dialoq fəal şəkildə davam edir. Kənd təsərrüfatı sahəsində əlaqələrin genişləndirilməsinə xidmət edən əməkdaşlığa böyük əhəmiyyət veririk”, - deyə türkiyəli nazir əlavə edib.

 

Qeyd edək ki, səfər çərçivəsində Azərbaycan nümayəndə heyəti Adana bölgəsində Şərqi Ağdəniz dənizi Kənd Təsərrüfatı Tədqiqat İnstitutu, süni intellekt vasitəsilə idarə olunan müasir suvarma sistemlərinin fəaliyyəti ilə tanış olacaq.


OXŞAR XƏBƏRLƏR

İmtahanlarla bağlı apellyasiya müraciətlərinin cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, 3 və 10 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahandan uzun müddət keçməsinə bax...

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-...

Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - RƏSMİ

“Konstitusiyanın tələbinə görə parlament seçkiləri noyabrın əvvəlidir”.   Sfera.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası...

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən i...

Türk dövlətlərinin iştirakı ilə Molla Nəsrəddin haqda film ÇƏKİLƏCƏK

TÜRKSOY-a üzv ölkələrin dəstəyi ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı bədii film çəkiləcək. Bu layihə Türk dünyası tarixində bir ilkdir...

Rusiyasız Ukrayna ilə bağlı hansı danışıq ola bilər?

“Rusiyasız Ukrayna ilə bağlı istənilən danışıqlar dinc dialoqa gətirib çıxarmayacaq”.   Sfera.az bildirir ki, bunu jurnalistlərlə söhbət...