Makrondan Kiyevlə bağlı VACİB AÇIQLAMA: “Heç nəyi istisna etmirəm” 

Makrondan Kiyevlə bağlı VACİB AÇIQLAMA: “Heç nəyi istisna etmirəm” 

Fransa Prezidenti Emmanuel Makron Ukraynaya qoşun yeritmək niyyətini təsdiqləyib.

 

Sfera.az bildirir ki, o, bu barədə “The Economist”ə müsahibəsində deyib.

 

“Dediyim kimi, heç nəyi istisna etmirəm”, - Makron əlavə edib.

 

Ölkə başçısı qeyd edib ki, Fransa Kiyevə kömək etməyə və hərbi əməliyyatlar üçün vəsait ayırmağa davam edəcək.

 

“Dövlətimizin nüfuzu planlarımızın aydınlığından asılıdır. Məsələlərin aydın olmaması isə Parisi zəiflədə bilər”, - Fransa Prezidenti bildirib.

 

Bundan əvvəl Makron öz qoşunlarını Ukrayna ərazisinə göndərmək planlarını açıqlamışdı, lakin bir şərtlə ki, Rusiya ordusu Odessa və ya Kiyev istiqamətində cəbhə xəttini davam etdirsin.

 

Daha sonra Ukrayna Prezidenti Volodimir Zelenski bəyan etmişdi ki, Qərb qoşunları ölkəyə daxil olmayacaq. Bununla belə, o, Ukraynaya yönələn raketləri vurmaq üçün Almaniya, Fransa və digər ölkələrin təyyarələrindən istifadə etmək arzusunda olduğunu vurğulamışdı.

 

Günay


OXŞAR XƏBƏRLƏR