Neft Fondunun apreldə satdığı valyutanın məbləği AÇIQLANDI

Neft Fondunun apreldə satdığı valyutanın məbləği AÇIQLANDI

Azərbaycan Dövlət Neft Fondu (ARDNF) tərəfindən 2024-cü ilin aprel ayı ərzində 623,4 milyon ABŞ dolları məbləğində vəsait satılıb.


Sfera.az xəbər verir ki, bu haqda məlumatı Fond açıqlayıb. 


Aprel ayında satılan valyutanın həcmi mart ayındakı satışdan 125 milyon dollar çox, fevral ayındakı satışdan isə 297 milyon dollar az olub. 


Ümumilikdə, Fond bu il 2,459 milyard dollar dəyərində valyuta satıb. 


Valyutaların böyük hissəsi dövlət büdcəsinə transfert məqsədilə satılır. 2024-cü il ərzində Neft Fondundan dövlət büdcəsinə maksimum 7,518 milyard dollar transfert edilməlidir. Bu, ayda orta hesabla 626,5 milyon dollar vəsaitə bərabərdir. 


Müqayisə göstərir ki, bu il Neft Fondu nəzərdə tutulan məbləğdə valyuta satıb. 


Onu da bildirək ki, valyuta Mərkəzi Bankda təşkil edilən və kommersiya banklarının iştirak etdiyi hərracda satılır. 


Vasif


OXŞAR XƏBƏRLƏR