Ərdoğan 8 ildən sonra bu gün CHP sədri ilə görüşəcək - Türkiyə üçün MÜHÜM GÜN

Ərdoğan 8 ildən sonra bu gün CHP sədri ilə görüşəcək - Türkiyə üçün MÜHÜM GÜN

Bu gün Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ana müxalifət partiyasının - Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəllə görüşəcək. 


Sfera.az Türkiyə mediasına istinadən xəbər verir ki, görüş bu gün saat 16:00-da Ədalət və İnkişaf Partiyasının (AKP) qərargahında keçiriləcək. 


Görüşdə siyasi, sosial və iqtisadi xarakterli vacib məsələlərin müzakirə ediləcəyi gözlənilir. İclasda ölkənin gələcəyini formalaşdıracaq yeni konstitusiya və regional sülhün təmin edilməsi üçün atılacaq addımlar diqqət mərkəzində olacaq. İki liderin İsrailin Qəzzaya hücumları və Fələstin məsələsi kimi regional məsələləri də müzakirə edəcəyi gözlənilir. 


CHP sədri Özgür Özəl görüşdən əvvəl partiyasının keçmiş sədrləri Hikmət Çetin, Altan Öymen, Kamal Kılıçdaroğlu və Murat Karayalçın ilə görüşüb, onların fikirlərini öyrənib. 


Bu gün keçiriləcək toplantı Türkiyə siyasi gündəminin mərkəzində olacaq. Çünki Ərdoğan ana müxalifət partiyasının sədri ilə uzun müddətdir ki, görüşmürdü. AKP və CHP liderləri 2016-cı ildən indiyə qədər görüş keçirməyiblər, hər iki təşkilatda bir-birinə qarşı küskünlük hökm sürüb. 


Siyasi analitiklər buna səbəb kimi CHP-nin əvvəlki sədri Kamal Kılıçdaroğlu ilə Ərdoğanın münasibətlərinin gərgin olmasını göstərirlər. Bununla yanaşı hər seçkidə AKP-nin qələbə qazanması CHP ilə hər hansı müzakirənin aparılmasına ehtiyac yaratmırdı. Amma 2024-cü ilin martında bələdiyyələrə keçirilən seçkilərdə CHP-nin qələbə qazanması ana müxalifət partiyasının təsir imkanlarını artırdığından iki siyasi təşkilat arasında təmasları artıracaq.   


Açıqlamalara görə, bu görüşdə Ərdoğan yeni konstitusiyanın hazırlanmasında CHP-dən dəstək istəyəcək, Özgür Özəl isə bələdiyyələrin borclarının silinməsi və onların gəlir mənbələrinin artırılması kimi mövzuları qabardacaq. 


Vasif


OXŞAR XƏBƏRLƏR

Putin Si Cinpinlə GÖRÜŞDÜ: Müzakirə olunan məsələlər AÇIQLANDI

“Rusiya Prezidenti Vladimir Putin və Çin Prezidenti Si Cinpin Pekində təkbətək söhbət zamanı Ukrayna ətrafındakı vəziyyəti ətraflı müzakirə ediblər”...

Azərbaycanda tələbə faciəvi şəkildə ÖLDÜ - FOTO

Azərbaycan Dillər Universitetinin (ADU) Beynəlxalq münasibətlər və Regionşünaslıq fakültəsinin IV kurs tələbəsi Həsənov Tofiq Azər oğlu avtomobil qəzasında vəfa...

Bakıda COP29-la bağlı konfrans BAŞLADI

Bakıda "Ambisiyanın artırılması, fəaliyyətin verilməsi: COP29 Davamlı biznes forumu" adlı konfrans öz işinə başlayıb.   Sfera.az xəbər veri...

Xalq artisti "Gözlərim"i illər sonra fərqli formatda ifa etdi - VİDEO

Xalq artisti Tünzalə Ağayeva yeni layihəsini sevənlərinin ixtiyarına verib. O, illər sonra “Gözlərim” mahnısını tam yeni formatda təqdim edib. ...

Dilənçilik edən 342 uşaq aşkarlandı, 345 valideyn cəzalandırıldı

Ötən il polisin keçirdiyi reydlər zamanı 342 azyaşlının küçə həyatına məruz qalması, o cümlədən dilənçilik etməsi və qeyri-qanuni qulluğa cəlb olunması aşkarlan...

Azərbaycanın İrandakı səfirliyinin yeri DƏYİŞDİRİLDİ

Azərbaycanın İrandakı səfirliyinin yeni məkanda fəaliyyətinin bərpa edilməsi planlaşdırılır.   Sfera.az xəbər verir ki, bunu Xarici İşlər Nazirliyini...