"Vətəndaşlar hər 100 manatın 51-ni ərzağa xərcləyir" - Vüqar Bayramov

Bu ilin ilk rübündə Azərbaycanda ərzaq məhsullarının alınmasına 6 milyard 886 milyon manat xərclənib.

 

Sfera.az bildirir ki, bunu iqtisadçı deputat Vüqar Bayramov deyib. Onun sözlərinə görə, bütövlükdə, pərakəndə ticarət dövriyyəsi 13 milyard 474 milyon manat olub.

 

Millət vəkili qeyd edib ki, bu müddətdə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,1 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə 1,8 faiz, qeyri-ərzaq malları üzrə 4,9 faiz artıb:

 

“Statistika göstərir ki, vətəndaşlarımız öz pullarının yarından çoxunu ərzaq məhsullarının alınmasına yönəldir. Xərclənən 100 manatdan 51 manatı ərzaq məhsulları üçün istifadə olunur. Ərzaq məhsullarına daha çox pulun xərclənməsi ənənəvi tələb ilə bağlı olsa da, son 2 ildəki inflyasiya səviyyəsi də təsirsiz deyil”.

 

V.Bayramov bildirib ki, istənilən məhsul üzrə xərcləmələrdə tələb ilə yanaşı, istehlak bazarındakı qiymət səviyyəsi də əsas faktorlardandır:

 

“Ərzaq xərcləri inkişaf etməkdə olan ölkələrdə 20, inkişaf etməkdə olan dövlətlərdə isə 33 faiz ətrafında dəyişir”.

 

Günay


OXŞAR XƏBƏRLƏR

İmtahanlarla bağlı apellyasiya müraciətlərinin cavabları nə vaxt açıqlanacaq? - RƏSMİ

Xəbər verdiyimiz kimi, 3 və 10 mart tarixlərində tam (11 illik) orta təhsil səviyyəsi üzrə buraxılış imtahanları keçirilib. İmtahandan uzun müddət keçməsinə bax...

Külək güclənəcək, sulu qar yağacaq - XƏBƏRDARLIQ

Bakıda və Abşeron yarımadasında müşahidə olunan küləkli hava şəraitinin mayın 4-dək fasilələrlə davam edəcəyi, şimal-qərb küləyinin 15-20 m/s, arabir 23-25 m/s-...

Parlament seçkilərinin vaxtı qabağa çəkiləcək - RƏSMİ

“Konstitusiyanın tələbinə görə parlament seçkiləri noyabrın əvvəlidir”.   Sfera.az xəbər verir ki, bu fikirləri Mərkəzi Seçki Komissiyası...

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam VERİLDİ

Ramin Məmmədovun deputat səlahiyyətlərinə xitam verilib.   Sfera.az-ın xəbərinə görə, bu barədə qərar Mərkəzi Seçki Komissiyasının bu gün keçirilən i...

Türk dövlətlərinin iştirakı ilə Molla Nəsrəddin haqda film ÇƏKİLƏCƏK

TÜRKSOY-a üzv ölkələrin dəstəyi ilə “Molla Nəsrəddin. Çətin günlərimin dostu” adlı bədii film çəkiləcək. Bu layihə Türk dünyası tarixində bir ilkdir...

Rusiyasız Ukrayna ilə bağlı hansı danışıq ola bilər?

“Rusiyasız Ukrayna ilə bağlı istənilən danışıqlar dinc dialoqa gətirib çıxarmayacaq”.   Sfera.az bildirir ki, bunu jurnalistlərlə söhbət...