Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycan bu il ən çox hansı malları ixrac edib? - SİYAHI

Azərbaycanın kənd təsərrüfatı mallarının ixracı bu il yenidən artır. Ötən il aqrar malların ixrac dəyəri azalmışdı. Amma bu ilin birinci rübünün nəticələri göstərir ki, ixracda yenidən artım baş verəcək. 


Sfera.az xəbər verir ki, ötən ilin birinci rübündə 154 milyon dollar dəyərində kənd təsərrüfatı malı ixrac edildiyi halda cari ilin eyni dövründə ixrac dəyəri 207 milyon dolları ötüb. Bu il aqrar malların ixracında 34,4 faiz artım baş verib. 


Aqrar malların ixracında artım bütün mal qrupları üzrə müşahidə edilib.


Ölkəmizdən ixrac edilən əsas kənd təsərrüfatı malları meyvə və tərəvəzdir. Bu il tərəvəz ixracının dəyəri 13 milyon dollardan çox artaraq 49,4 milyon dollara çatıb. 
Tərəvəzlərdən ən çox artım pomidorda qeydə alınıb. Pomidorun ixrac dəyəri 13,8 milyon dollar artaraq 45 milyon dollar olub. 


Meyvə ixracı təxminən 4 milyon dollar artıb və 83,2 milyon dollara çatıb. Meyvələrdən əsas artım xurmada qeydə alınıb. Bu məhsulun ixrac dəyəri 13 milyon dollar artmaqla 27,7 milyon dollar olub. 


Meyvə-tərəvəz ixracındakı artımla bərabər tütün, pambıq mahlıcı, gön-dəri və heyvandarlıq məhsullarının da ixracı artıb. Tütün ixracı 5 milyon dollardan çox artmaqla 7,4 milyon dollar, pambıq mahlıcı ixracı 25 milyon dollardan çox artmaqla 56,5 milyon dollar, heyvandarlıq məhsullarının ixracı 3,5 milyon dollar artmaqla 7,8 milyon dollar olub. 


Vasif

 


OXŞAR XƏBƏRLƏR

Meymunlar şəhəri yerlə-yeksan etdi: Onların qarşısını almağa çağıran plakatları cırdı

Qəzəbli meymunlar dəstəsi Taylandda Lopburi turizm mərkəzində meymun işğalına qarşı şüarlar yazılmış 30 plakatı cırıb. Əvvəllər bu heyvanlara yemək və əyləncə a...

Samuray qılıncı ilə yoldan keçənlərə hücum etdi: 13 yaşlı uşaq öldü

Londonun şimal-şərqində samuray qılınclı bir nəfər insanlara hücum edib. İki polis məmuru da daxil olmaqla bir neçə nəfər bıçaq xəsarətləri alıb.   S...

Acun daha bir futbol klubu alır

“TV8"in rəhbəri Acun Ilıcalı daha bir futbol klubu alır.   Sfera.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, iş adamı Sloven...

Futbol tarixinin ən qürursuz qolu - FOTO

Dünya futbol tarixinin ən mühüm hadisələrindən biri olan mundialda iştirak etmək uğrunda yarışan Sovet İttifaqı və Çili yığması qarşılaşmasının hekayəsi çox mar...

Maskdan ABŞ-Ukrayna təhlükəsizlik razılaşmasının nəticələri barədə XƏBƏRDARLIQ

Amerikalı iş adamı İlon Mask bildirib ki, Ukrayna ilə ABŞ arasında təhlükəsizlik sahəsində əməkdaşlıq haqqında sazişin imzalanması “sonsuz müharibəyə&rdqu...

Xərçəngdən sağ qalanlar bu səhvə yol verir

Xərçəngə qalib gəlmiş insanların yalnız 4 faizi Amerika Xərçəng Cəmiyyəti (ACS) tərəfindən hazırlanmış və istifadə üçün təqdim edilmiş qida və fiziki fəaliyyət ...