Dollar ilin əvvəlindən 5 faiz BAHALAŞDI

Dollar ilin əvvəlindən 5 faiz BAHALAŞDI

Son 3 gündə ABŞ dollarının qlobal məzənnə dəyərində yenidən yüksəlmə müşahidə edilir. 

 

Sfera.az xəbər verir ki, dolların qlobal məzənnə dəyərini ifadə edən Dollar İndeksi aprelin 9-da 103,7 olduğu halda bu gün 105,4 həddini ötüb. 

 

Ümumimilikdə, bu ilin əvvəlindən ABŞ valyutası bahalaşır. İlin ilk günlərində indeks 100 səviyyəsində idi və ötən yüz gün ərzində indeks 5 faizdən çox yüksəlib. 

 

Dolların bahalaşmasına Avropada müharibə təhlükəsinin olması, İsrail-Fələstin müharibəsinin bir qədər də ağırlaşması və ABŞ-də inflyasiyanın hələ də hədəflənən səviyyəyə enməməsi səbəb olur. 

 

Avropanın Rusiya ilə müharibə təhlükəsinin olması iddiaları avronu ucuzlaşdırır. Avro ucuzlaşdıqda isə dolların qlobal məzənnə dəyərində yüksəlmə baş verir.

 

İsrail-Fələstin müharibəsinin bir qədər də ağırlaşması da dolların möhkəmlənməsinə əsas yaradır. Çünki müharibənin ağırlaşması nefti bahalaşdırır və mövcud yüksək qiymətlər ABŞ-ni narahat edir. Belə vəziyyətdə dolların möhkəmlənməsi neftin qiymətinin daha çox artmasının müəyyən qədər qarşısını alır. 

 

Üçüncü səbəb ABŞ-də inflyasiyanın yüksək olmasıdır. Son açıqlanan məlumatlara əsasən ABŞ-də yenidən inflyasiya yüksəlir. Martda inflyasiyanın 3,5 faiz səviyyəsində olduğu açıqlanıb. Bu, hədəf inflyasiya göstəricisindən yüksəkdir. ABŞ illik inflyasiyanın 2 faiz ətrafında olmasını istəyir. 

 

İnflyasiya yüksək olduğundan ABŞ-da faizlərin enməsi təxirə salına bilər ki, bu da dolların hələ bir müddət də baha olmasına əsas yaradacaq. 

 

Vasif


OXŞAR XƏBƏRLƏR