Azərbaycan nefti 90 dollardan baha satılır

Azərbaycan nefti 90 dollardan baha satılır

Artıq bir həftədən çoxdur ki, Azərbaycanın ixrac etdiyi "Azeri Light" markalı neftin qiyməti 90 dollardan baha satılır. 

 

Sfera.az xəbər verir ki, dünən daha 0,7 dollar bahalaşan "Azeri Light"ın qiyməti 92,96 dollar olub. 
 

"Azeri Light" neftinin bahalaşmasına səbəb beynəlxalq birjalarda neft qiymətlərinin yüksəlməsi ilə bağlıdır. Bu ilin fevralından “qara qızıl”ın dəyərində kiçik fasilələrlə artımlar müşahidə edilir. Həmin tarixdə “Brent” neftinin qiyməti 77 dollar, "Azeri Light" neftinin qiyməti isə 80-81 dollar idi. Qısa müddət sonra neft qiymətlərində 10 dollardan çox artım baş verdi və “Brent” neftinin qiyməti 90 dollara, "Azeri Light" 93 dollara çatdı. 
 

Neft qiymətlərinin artmasına əsasa səbəb Yaxın Şərqdə vəziyyətin gərginləşməsidir. Gərginliyin səngiməməsi, əksinə bir qədər də genişlənmə ehtimalı “qara qızıl”ı bahalaşdırır. 

Vasif
 


OXŞAR XƏBƏRLƏR