Bu ölkənin 160 milyard dollarlıq QIZILI VAR

Bu ölkənin 160 milyard dollarlıq QIZILI VAR

Çin Mərkəzi Bankının qızıl ehtiyatları martın sonunda 72,74 milyon troya unsiyaya (2 262 ton) yüksəlib. 


Sfera.az xəbər verir ki, bununla bağlı məlumatı Çin Xalq Bankı açıqlayıb. 


Məlumatlardan aydın olur ki, Çin dövlətinin qızıl ehtiyatları ardıcıl 17 ay artıb. Yalnız martda ehtiyatlar 160 min troya unsiya (4,976 ton) artıb. 


Hazırda beynəlxalq birjalarda 1 troya unsiya qızılın 2360 dollardan satıldığını nəzərə alsaq, Çinin sahib olduğu qızılın bazar dəyərinin təxminən 160 milyard dollar olduğu məlum olur. 


Çinin qızıl ehtiyatını artırması valyuta ehtiyatlarını optimallaşdırmaq və diversifikasiya etmək səylərini göstərir. Müşahidəçilər və ekspertlər qızıl aktivlərinin artımını Mərkəzi Bankın bu ənənəvi aktivə inamı və dünya bazarlarında qeyri-müəyyənliyin olması ilə əlaqələndirir. Çin sabitliyə daha çox önəm verdiyindən qızılda olan yığımlarını artırır. 


Şanxay Universitetinin Maliyyə və İqtisadiyyat professoru Xi Junyangın fikrincə isə Çinin qızıl ehtiyatlarını artırmasının əsas səbəbi beynəlxalq valyutaların etibarsızlığıdır. Onun sözlərinə görə, ABŞ dollarının məzənnəsi daim dəyişir və bu, xarici valyutadan asılı olan iqtisadiyyatlara təsir edir.


Vasif


OXŞAR XƏBƏRLƏR

Azərbaycana yarım tonluq kosmik gəmi düşəcək

Yaxın günlərdə Yerə təxminən yarım ton ağırlığında olan Sovet planetlərarası kosmik gəmisi düşəcək.   Sfera.az “BBC”yə istinadən xəbər ve...

Leyla Əliyevanın şir balası ilə maraqlı - Görüntüləri

Heydər Əliyev Fondunun vitse-prezidenti, IDEA İctimai Birliyinin təsisçisi və rəhbəri Leyla Əliyeva Bakı Zooparkında dünyaya gələn şir balasını bəsləy...

Ələt-Astara yolunda əməliyyat: saxlanılan var

Polis əməkdaşlarının Ələt-Astara magistral yolunda həyata keçirdikləri əməliyyat zamanı narkotik maddələrin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllər məhk...

Əhali pulunu nəyə xərcləyir? Rəqəmlər

2024-cü ildə Azərbaycanda yaşayan əhali istehlak məqsədilə ay ərzində adambaşına 364 manat pul xərcləyib.  Sfera.az rəsmi dövlət statistikasına istina...

Nə üçün deputatlara giriş-çıxış qadağası qoyulur? - ARAŞDIRMA

Məlum olduğu kimi, Rusiya tərəfinin dəvəti və Abşeron RİH-in təşkilatçılığı ilə Azərbaycan nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin anadan olmasının ild...

“Məzahir Pənahov çox tərbiyəsiz bir oğul böyüdüb”

Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-də yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşına verdiyi işgəncələrdən Bakıya qaçması...