Bu il Azərbaycanda devalvasiya olacaq? – Millət vəkilindən AÇIQLAMA

Bu il Azərbaycanda devalvasiya olacaq? – Millət vəkilindən AÇIQLAMA

2022-ci ildə manatın ABŞ dollarına nəzərən məzənnəsi sabit qalıb. Məzənnənin sabit qalmasında neft və qaz qiymətlərinin yüksək olması əsas rol oynayıb. 2023-ci ildə isə neft-qaz qiymətlərinin aşağı olacağına dair proqnozlar var. Hətta iqtisadi böhranın baş verəcəyi təqdirdə neft-qaz qiymətlərinin və digər əmtəələrin dəyərinin daha çox azalacağı gözlənilir. 


Bu ehtimal daxilində manatın sabitliyini təmin etmək mümkün olacaqmı, devalvasiya baş verə bilərmi?


Sfera.az xəbər verir ki, millət vəkili, iqtisadçı Vüqar Bayramov manatın məzənnəsinin xarici proseslərdən çox daxili amillərdən asılı olacağını bildirib. 


O xatırladıb ki, manatın məzənnəsi üzən rejimdə müəyyənləşmədiyindən kursun dəyişməyi Azərbaycan Mərkəzi Bankının qərarından asılı olacaq. 


Bununla belə millət vəkili məzənnənin müəyyən edilməsində neft-qaz qiymətlərinin və əsas ticarət tərəfdaşı olan ölkələrdə məzənnənin dəyişməsinin təsirinin olacağını söyləyib:

 

“Neft 2023-cü ilə yüksək qiymətlərlə başlamayıb. “Brent” markalı neftin bir barelinin qiyməti 80 dollardan aşağı təklif olunur. Köhnə ilin son günü ilə müqayisədə neftin qiyməti son 5 gündə 8 faizdən çox dəyər itirib. Bu isə neft ixrac edən ölkələrin valyuta gəlirləri baxımdan arzuolunan deyil. 


2023-cü ildə qlobal iqtisadiyyatın durumu, Çində COVID-19 pandemiyasının yayılması coğrafiyası və tezliyi, eləcə də Rusiya-Ukrayna müharibəsinin gedişatı bazarlara təsir edəcək. Böyük Yeddiliyin Rusiya neftinə qiymət tavanı müəyyənləşdirməsi isə “qara qızıl”ın qiymətində artımları xeyili dərəcədə məhduddlaşdırır.


Manatın məzənnəsinə təsir göstərən əsas iqtisadi faktorlar ölkəyə daxil olan valyutanın həcmi, eyni zamanda dövlət Neft Fondu tərəfindən hərraca çıxarılan valyutanın məbləğindən asılıdır. Valyutaya olan tələbin əhəmiyyətli hissəsi Dövlət Neft Fondu tərəfindən ödənilir. Bu baxımdan Neft Fondunun hərraca çıxartdığı vəsaitlərin həcmi dollara olan tələbin ödənilməsində çox önəmlidir. 


Neft Fondundan başqa Mərkəzi Bankın da bazara birbaşa dollar təklif etmək imkanı var”.

 

Vasif
 


OXŞAR XƏBƏRLƏR

KİV: "HƏMAS komandiri öldürülüb"

İsrailin Qəzza zolağına endirdiyi hava zərbəsi nəticəsində HƏMAS-ın komandiri Məhəmməd Mansur öldürülüb.   Sfera.az xəbər verir ki, bu barədə “...

FHN-in xilasediciləri intihara cəhd edən vətəndaşı xilas etdi

Bu gün səhər saatlarında intihara cəhd hadisəsi olub.   Bu barədə Sfera.az-a FHN-in Mətbuat Xidmətindən məlumat verilib.   Bildirili...

İsrail Qəzzada HƏMAS-ın hücum üçün istifadə etdiyi məktəbi BOMBALADI

İsrail ordusu Qəzza şəhərində keçmiş məktəb daxilində yerləşən komanda otağına HƏMAS-ın bir qrup əməkdaşına qarşı hava hücumu həyata keçirdiyini bildirib. &n...

ADY-nin nümayəndə heyəti Çindən Avropaya blok qatarın yola salınması mərasimində iştirak etdi

Çin Xalq Respublikasında səfərdə olan "Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədr müavini Vüsal Aslanovun rəhbərlik etdiyi nümayəndə heyəti 8-ci Be...

KİV: "Martinika hökuməti şiddətli etirazlardan sonra nümayişləri qadağan edib"

Bu həftənin əvvəlində yaşayış xərclərinin artması ilə bağlı şiddətli etirazların komendant saatı tətbiq edilməsinə səbəb olmasından sonra Martinika hökuməti dör...

Rusiya və Çin birgə dəniz təlimlərinə BAŞLADI

Uzaq Şərqdə Rusiya-Çin dəniz qüvvələrinin “Beybu/Qarşılıqlı əlaqə - 2024” təlimləri başlayıb.   Bu barədə Sfera.az “İnterfaks&...