\"İnfiniti\" klub bu görüntülərə görə 4 min manat cərimələndi - VİDEO

\
Bakının Nərimanov rayonunda yerləşən "İnfiniti" gecə klubunda karantin qaydalarının pozulması ilə bağlı KİV-də yayılan görüntülər Nərimanov Rayon Polis İdarəsində araşdırılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin inspektoru, polis mayoru Anar Qafarovun Sfera.az-a verdiyi məlumata görə, araşdırma zamanı məlum olub ki, qeyd edilən obyektdə sanitar-karantin qaydalarının bir qisminə riayət edilmir, müştərilərə klubun əməkdaşları tərəfindən qəlyandan istifadəyə şərait yaradılır və dəfələrlə edilən xəbərdarlıqlara baxmayaraq klub fəaliyyətini gecə saat 00:00 dan sonra da davam etdirir.

O bildirib ki, qeyd edilən məsələlərlə bağlı obyektin icarədarı və klubun mühafizə xidmətinin əməkdaşı Nərimanov RPİ-yə dəvət ediliblər: "Klubun icarədarı İnzibati Xətalar Məcəlləsinin müvafiq maddəsi ilə 4 000, mühafizə xidmətinin əməkdaşı isə 200 manat məbləğində cərimə ediliblər. Həmin şəxslərə xəbərdarlıq edilərək onlarla profilaktik söhbətlər aparılıb. Bildirilib ki, obyektdə belə bir hal növbəti dəfə aşkar olunduğu təqdirdə polis əməkdaşları tərəfindən daha sərt inzibati tənbeh tədbirləri görüləcək".

OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...