İMF: İkinci rübün nəticələri daha mənfi olacaq

İMF: İkinci rübün nəticələri daha mənfi olacaq
 Çinin ÜDM-si COVID-19 pandemiyası üzündən cari ilin birinci rübündə illik hesabla 36,6 faiz azalıb.

Sfera.az xəbər verir ki, bu barədə Beynəlxalq Valyuta Fondunun (İMF) açıqlamasında bildirilir.

"Virusun yayılmasının qarşısını almaq üçün Avropanın və Asiyanın əksər ölkələrinin gördüyü ciddi məhdudlaşdırıcı tədbirlərin nəticələri indi üzə çıxıb. Çinin ÜDM-si 2020-ci ilin birinci rübündə 36,6 faiz azalıb, Koreyada istehsalat həcmi 5,5 faiz azalıb (bütün rəqəmlər illik hesabla, mövsümi dəyişkənlik nəzərə alınmaqla verilir). Nəticələrdəki bu fərqin səbəbi Çinin epidemiya ilə ilk olaraq üzləşdiyi, sonra da ciddi məhdudiyyət tədbirlərini tətbiq etdiyi halda, Koreyanın iqtisadiyyatını açıq saxladığı və daha məqsədyönlü əngəlləmə strategiyasını həyata keçirməsindədir”, - İMF-də hesab edirlər.

Bununla yanaşı, ilin birinci rübündə Fransa ÜDM-sinin 21,3 faiz kimi rekord həddə, İspaniyada 19,2 faiz, İtaliyada 17,5 faiz azaldığı qeyd olunur: "İkinci rübün nəticələri, şübhəsiz ki, daha mənfi olacaq”.

Xatırladaq ki, aprelin 17-də Çin Dövlət Statistika Bürosu koronavirus pandemiyasının mənfi nəticələri üzündən ölkə iqtisadiyyatının birinci rüb ərzində 1992-ci ildən etibarən ilk dəfə mənfi rəqəmlər göstərərək ÜDM-nin 6,8 faiz azaldığını açıqlamışdı. (report)

OXŞAR XƏBƏRLƏR

Zaqataladakı dönərxananın sahibi danışdı: "Özüm də yemişəm, heç bir problem yoxdur"  - VİDEO

Xəbər verdiyimiz kimi, ötən gün Zaqatalada dönərdən kütləvi zəhərlənmə olub. Zəhərlənən şəxslərin hamısının şəhərin müxtəlif dönərxanalarında haz...

Tom Kruz uşaqları ilə nadir fotosessiyaya çəkildi - FOTOLAR

61 yaşlı amerikalı aktyor Tom Kruz böyük uşaqları ilə birlikdə görünüb.   Sfera.az bildirir ki, İzabella (Bella) və Konnor aktyorun Nikol Kidmanla ev...

Kapital Bank hər kəsə 200 AZN verir? - AÇIQLAMA

Sosial şəbəkə platformalarında kiberdələduzlar tərəfindən Səhiyyə Nazirliyinin dəstəyi görüntüsü ilə Kapital Bank adından saxta kampaniyalar həyata keçirilir. ...

Maradonanın “Qızıl top”u hərraca çıxarıldı

Argentinalı futbolçu Dieqo Maradonanın 1986-cı il dünya çempionatında ən yaxşı oyunçu kimi qazandığı “Qızıl top” hərraca çıxarılacaq.   S...

Zaqatalada dönərdən zəhərlənənlərin sayı 40-a çatdı - YENİLƏNDİ

Zaqatalada 10-dan artıq şəxs dönərdən zəhərlənib.   Sfera.az xəbər verir ki, zəhərlənənlərin hamısının toyuq ətindən hazırlanmış dönər yediyi mə...

Azərbaycan “Avroviziya-2024”ün finalına keçə bilmədi

İsveçin Malmö şəhərində keçirilən “Eurovision 2024” mahnı müsabiqəsində Ukrayna təmsilçiləri Alyona Alyona və Cerri Heil Eurovision 2024 finalına və...