"İlkin Nərmini oxutmaq üçün qaçırıb, sözünə baxmadığı üçün..." - NƏNƏSİ DANIŞDI

Nərminin yandırılarkən videoya çəkilməsi barədə bizdə məlumat yoxdur.

Bu sözləri Axar.az-a açıqlamasında Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra yanmış meyiti tapılan 10 yaşlı Nərmin Quliyevanın yandırılan zaman videoya çəkilməsi barədə danışan əmisi Lətif Quliyev deyib.

O bildirib ki, İlkin Süleymanova kimlərin kömək etməsi və Nərminə təcavüz edilib-edilməməsi barədə dəqiq məlumat hüquq mühafizə orqanları tərəfindən yaxın günlərdə ictimaiyyətə açıqlanacaq.

L.Quliyev İlkin Süleymanovun kənddə kimləsə ədavətdə olması və ya bundan əvvəl hansısa qadına və yaxud kiməsə əxlaqsız hərəkət etməsi barədə heç vaxt eşitmədiklərini qeyd edib.

Nərmin Quliyevanın nənəsi Minayə Quliyeva isə saytımıza açıqlamasında bildirib ki, İlkin Süleymanov Nərmini guya oxutmaq məqsədi ilə qaçırdığını deyib:

"Özü ifadəsində deyib ki, Nərmini oxutmaq üçün qaçırıb. 4 gün yemək verib. Sonra sözünə baxmadığı üçün başına daşla vurub. Nərminin qətlində əli olan digər şəxslər barədə hələlik araşdırma aparılır”.

Qeyd edək ki, mətbuatda Tovuz rayonunun Dondar Quşçu kəndində oğurlandıqdan 45 gün sonra öldürülüb yandırılan 10 yaşlı Nərmin Quliyevanın yandırılan zaman videoya çəkilməsi barədə məlumat yayılıb.

OXŞAR XƏBƏRLƏR

Seçicilər deputatlığa namizədə danışmaq imkanı vermədilər: "NAĞIL DANIŞMA..."

Daha bir deputatlığa namizəd seçicilərin sərt etirazı ilə qarşılaşıb. Sfera.az xəbər verir ki, namizədliyi hakim Yeni Azərbaycan Partiyasından 47 saylı Mingəçe...

Hacı Salayev namizədliyini niyə geri götürür?- ŞOK SƏBƏB

44 saylı Sumqayıt-Xızı seçki dairəsindən namizədliyi qeydə alınmış sabiq millət vəkili Hacı Salayevin namizədliyini geri götürdüyü bildirilir.   Sfer...

DİN-dən Zirəddinin “Polis məndən kömək istədi” iddiasına cavab: “YUXUDA GÖRÜB”

Rusiyada yaşayan ekstrasens Zirəddin Rzayev "İri Plan” "Youtube” kanalına müsahibəsində Tovuz polisi yandırılaraq qətlə yetirilən 10 yaşlı Nərmin Quliyevanın qa...

Ramiz Mehdiyev Ziya Məmmədovun qardaşını yanında işə götürdü

Texnika elmləri doktoru, professor Elton Məmmədov AMEA-nın İşlər idarəsinin yeni müdiri təyin olunub. Yanvarın 17-də E. Məmmədov AMEA-nın akademik-katibi, AMEA...

Avropa şirkəti duzlu su ilə işləyən avtomobil yaratdı - BU DA OLDU + FOTO

Avropanın NanoFlowcell şirkəti duzlu suyu yanacaq kimi istifadə edən xüsusi yanacaq hüceyrələrindən istifadə edərək dünyanın ilk elektrikli avtomobilinin pro...

Vilayət Eyvazov “Bandotdel”in rəis müavinini işdən çıxardı

Daxili işlər orqanlarında kadr dəyişikliyi həyata keçirilib. Sfera.az BakuPost-a istinadən xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Vilayət Eyvaz...