İlham Əliyevin istefaya göndərdiyi generallar haqda maraqlı məlumatlar

İlham Əliyevin istefaya göndərdiyi generallar haqda maraqlı məlumatlar
 

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Dövlət Sərhəd Xidmətinin 3 generalını - Cəbrayılov Asif Mikayıl oğlu, Xəlilov Əsgər Sabir oğlu, Tağı-zadə Fərhad Sabir oğlu istefaya göndərib.

Sfera.az xəbər verir ki, Unikal.org istefaya göndərilən generallarla bağlı araşdırma edib. Məlum olub ki, hər 3 general DSX-nin ən yüksək vəzifəli zabitləri olub.
General-leytenant Asif Cəbrayılov

- DSX rəisinin əməliyyat-axtarış işi üzrə müavini vəzifəsində çalışıb. 2014-cü ildə prezident İlham Əliyevin sərəncamı ilə general-leytenant hərbi rütbəsi verilib. Bundan əvvəl Milli Təhlükəsizlik Nazirliyində çalışıb. O, Azərbaycan konstitusiya dövlət quruluşunun müdafiəsində, milli təhlükəsizliyinin təmin edilməsində, xarici ölkələrin xüsusi xidmət orqanlarının kəşfiyyat, terror-təxribat və digər pozuculuq fəaliyyətinin qarşısının alınmasında, dövlət sərhədinin mühafizəsində xüsusi xidmətlərinə görə "Azərbaycan bayrağı" ordeni ilə təltif edilib. Bu gün ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

General-leytenant Əsgər Xəlilov

– 1955-ci ildə Şəki şəhərində anadan olub. 1972-ci ildə Şəki şəhər 8 saylı orta məktəbi bitirdikdən sonra Moskva şəhərində Ali Sərhədçilər Məktəbinə daxil olmuş və 1976-cı ildə oranı müvəffəqiyyətlə qurtarıb Sərhəd Zastavasında xidmətə başlamışdır. 1978 – 1980-ci illərdə Moskva şəhərində SSRİ Dövlət Təhlükəsizliyi Komitəsinin Ali məktəbində təhsilini artırıb və buranı bitirdikdən sonra Sərhəd Qoşunları kəşfiyyat orqanlarında xidmətini davam etdirib. 1986-cı ildə Bakı Əlahiddə Buraxılış Məntəqəsi rəisinin müavini vəzifəsinə təyin olunub və 1988 –1992-ci illərdə həmin məntəqənin rəisi vəzifəsində çalışıb. 1992-ci ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunları yarandıqdan sonra Bakı Əlahiddə Buraxılış Məntəqəsinin rəisi kimi hərbçi fəaliyyətini davam etdirib və 2009-cu ilədək Sərhəd Qoşunlarında müxtəlif yüksək vəzifələrdə işləyib. 2009-cu ildə Azərbaycan Respublikasının Sərhəd Qoşunlarının Baş Qərargah rəisinin birinci müavini vəzifəsinə təyin olunub və Azərbaycan Respublikasının Prezidentinin Sərəncamı ilə ona general-mayor yüksək hərbi rütbəsi verilib. 2017-ci ildən Azərbaycan Respublikası Dövlət Sərhəd Xidmət rəisinin müavini və eyni zamanda Sərhəd Qoşunlarının komandanıdır. 2018-ci il avqustun 16-da general-leytenant hərbi rütbəsi daşıyır. "Hərbi xidmətlərə" medalı (2002); "Vətən uğrunda" medalı; "Azərbaycan Bayrağı" ordeni; "Hərbi xidmətlərdə fərqləndiyinə görə" III dərəcəli medalı ilə təltif edilib. Bu gün ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

General-leytenant Fərhad Tağı-zadə

– Dövlət Sərhəd Xidməti rəisinin beynəlxalq əlaqələr üzrə müavini - Beynəlxalq Əlaqələr İdarəsinin rəisi vəzifəsində çalışıb. 2016-cı ildə "İgidliyə görə" medalı ilə təltif edilib. Bu gün ölkə başçısı tərəfindən Dövlət Sərhəd Xidmətinin 3-cü dərəcəli "Rəşadət" ordeni ilə təltif olunub.

Qeyd edək ki, bu gün istefaya buraxılmaları ilə əlaqədar general-polkovnik Elçin Quliyevin iştirakı ilı təntənəli tədbir keçirilib.

3-cü dərə­­cəli "Rəşadət" ordeninə layiq görüldüklərinə və yüksək dövləti qayğıya görə Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvə­lərin Ali Baş Koman­danı cənab İlham Əliyevə dərin minnətdarlıqlarını bildirmiş, bütün xidməti fəaliyyətləri dövründə Dahi Öndər Ümummilli Liderimiz Heydər Əliyevə və cənab Prezidentə sədaqətlə xidmət etdik­lə­rinə görə özlərini xoşbəxt saydıqlarını, bundan sonra da dövlət sərhədlərinin müha­fizəsi və toxunulmazlığının təmin olunması üçün öz bilik və bacarıqlarını əsirgəməyəcəklərini qeyd etmişlər. Tədbirin sonunda Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev vətən qarşısında yüksək xidmətlər göstərərək istefaya bura­xılan generallara bir daha minnətdarlığını bildirib, şəxsi həyatlarında uğurlar arzulayıb.



OXŞAR XƏBƏRLƏR

Səfir: "Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükəyə atır"

Ermənistanın basdırdığı minalar öz vətəndaşlarının həyatını da təhlükə altına qoyur.   Sfera.az xəbər verir ki, bu barədə Azərbaycanın İrandakı səfir...

Bakıda 21 yaşlı model faciəvi şəkildə ÖLDÜ - FOTO

Bakıda gənc qız dəm qazından boğulub.   Sfera.az xəbər verir ki, Nəsimi rayonu Moskva prospektindəki evdə yaşayan 2003-cü il təvəllüdlü Kamilə Həsəno...

İlham Əliyev Berlində XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində ÇIXIŞ EDİR - YENİLƏNDİ - 2 

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 26-da Berlində keçirilən XV Petersberq İqlim Dialoqunun Yüksək Səviyyəli Seqmentində çıxış edir. &...

Rusiyanın “GÖZÜ DÖNÜB”: “Ukrayna üçün çətin dövr başlayır” 

“Rusiya yaxın günlərdə Ukrayna ərazisinə hücumları gücləndirəcək”.   Bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun son hesabatın...

Blinken çinli həmkarı ilə Ukraynanı müzakirə edəcək

ABŞ-nin dövlət katibi Antoni Blinken Pekində çinli həmkarı Van İ ilə görüşüb.   Sfrera.az-ın “Reuters“ə istinadən xəbərinə görə, bağlı qa...

Leysan nəticəsində həbsxanadan 118 məhbus QAÇDI

Nigeriyanın paytaxtı Suleja yaxınlığında leysan yağışlar nəticəsində həbsxanadan 118 məhbus qaçıb.   Sfera.az xəbər verir ki, bu barədə “Ntv H...