Bakıda ilk dəfə maneəli ekstremal yarış keçirilir
23 sentyabrda FHN Təlim-Tədris mərkəzində "Gilan Holdinq”in, Fövqəladə Hallar Nazirliyinin, Gənclər və İdman Nazirliyinin və Milli Olimpiya Komitəsinin təşkilati dəstəyi ilə Bakıda ilk dəfə maneəli ekstremal yarışma keçiriləcək. Maneələr xüsusi olaraq elə hazırlanıb ki, trasın keçməsində iştirakçıların bütün qrup əzələləri cəlb olunsun. "Mübarizlər” maneələrinin sırasında: əllə keçid qurğuları, kəndirlə fəth edilən asma divarlar, suya 5 metr hündürlükdən tullanma, eniş, ağır yük daşıma və digər