\"Qarabağ\" azarkeşlərinin diqqətinə: Bu gündən...

\

Bu gündən etibarən "Qarabağ" - "Roma" oyunu üçün biletlər satışa buraxılıb.

Sfera.az "Qarabağ" futbol klubunun rəsmi Feysbuk səhifəsinə istinadən xəbər verir ki, artıq azarkeşlər aldığı vauçerləri bu gündən etibarən biletlə dəyişə bilər.

Vauçerlər biletlərə aşağıda göstərilən satış məntəqələrində dəyişdirilə bilər:

"Gənclik Mall"

"28 Mall"

"Park Bulvar" (QFK fan-shop);

M.Rəsulzadə 3 (Azərb.kt yaxınlığı) Bül-bül prospekti;

Nizami küç.(Nizami kt yaxınlığı);

Üzeyir Hacıbəyov küç. 69x (Hökümət evinin arxası).
ASAN Xidmət mərkəzləri;

Heydər Əliyev Sarayının kassası;

Qeyd edilir ki, vauçer biletə dəyişilən zaman vauçerdə qeyd olunan şəxsiyyət vəsiqəsi mütləq təqdim olunmalıdır. Bir şəxsiyyət vəsiqəsi ilə yalnız bir bilet əldə etmək mümkündür.

Azarkeşlərin oyun günü stadiona daxil olarkən şəxsiyyət vəsiqəsini və bileti özləri ilə gətirmələri mütləqdir. Əks halda, stadiona girişə icazə verilməyəcək.

Xatırladaq ki, UEFA Çempionlar Liqasının qrup mərhələsinin II turu çərçivəsində keçiriləcək "Qarabağ" - "Roma" görüşü sentyabrın 27-də, Bakı Olimpiya Stadionunda baş tutacaq. Artıq sözügedən qarşılaşma üçün 40 mindən artıq vauçer satılıb.

Sfera.az


OXŞAR XƏBƏRLƏR